Elman Fərman oğlu Allahverdiyev () — Azərbaycan mühəndisi və dövlət xadimi, Bərdə Rayon İcra Hakimiyyətinin (1996–2006) və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı (1994–1996).

Həyatı Elman Fərman oğlu Allahverdiyev 16 mart 1958-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.

Elman Allahverdiyev əmək fəaliyyətinə Bərdə şəhərindəki 32 saylı Tikinti Quraşdırma İdarəsində betonçu kimi başlamışdır. 1982-ci ildən Bərdə 1 saylı Su Tikinti İdarəsində usta, istehsalat-plan şöbəsində mühəndis, idarə rəisinin müavini, baş mühəndis olmuş, 1988-ci ildən "Başmeliorasiyasutikinti" idarəsində material-texniki təchizat sahəsinin rəisi, 1989-cu ildən isə 9 saylı Bərdə dəmir-beton məmulatları zavodunda direktor işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 1994-cü il tarixli Fərmanı ilə Elman Allahverdiyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş və bu vəzifədə 17 avqust 1996-cı ilədək çalışmışdır. Həmin tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş və 29 mart 2006-cı ildə vəzifəsindən azad edilmişdir.

26 aprel 2026-cı ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Bərdə Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Tərtər Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Sənaye müəssisələrinin direktorları