Azərbaycan İkinci Liqası 2025/2026 — Azərbaycan Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan və Azərbaycanın ən yüksək 3-cü futbol liqası olan Azərbaycan İkinci Liqasının üçüncü mövsümü. Mövsüm 6 sentyabr 2025-ci il tarixində başlayıb.
2025/2026 mövsümündə turnir 12 komandanın iştirakı ilə keçirilir. Ötən mövsümü 9-cu sırada tamamlamış "Qusar" komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda ötən mövsüm komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar nəzərə alınaraq bu mövsüm ötən il Region Liqasında 3-cü yeri tutmuş "Ağstafa Gəncləri" komandası ilə əvəzlənib.
2025/2026 mövsümündə İkinci Liqa 27 turdan ibarətdir. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra isə 5 turdan ibarət "altılıq" sistemində mübarizə aparırlar.
2025/2026 mövsümündə turnirin formatına edilmiş dəyişikliklər nəticəsində İkinci Liqanın qalibi birbaşa Birinci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə Birinci Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off mərhələsində üz-üzə gələcək. Region Liqasında isə 1-ci yerin sahibi birbaşa İkinci Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri isə müvafiq olaraq İkinci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.
Xülasə
Format dəyişikliyi 2025/2026 mövsümündə Azərbaycan İkinci Liqasında 12 komanda iştirak edir. Birinci mərhələdə komandalar 22 tur ərzində bir-biri ilə iki dəfə qarşılaşırlar. Bundan sonra komandalar turnir cədvəlindəki mövqelərinə əsasən iki qrupa — ilk altılıq və ikinci altılığa bölünürlər.
İkinci mərhələdə hər qrupdakı komandalar öz aralarında daha bir dəfə oynayırlar. Beləliklə, hər komanda mövsümü 27 oyunla tamamlayır.
Yüksəlmə və düşmə Mövsümün qalibi növbəti mövsüm üçün Azərbaycan Birinci Liqasına vəsiqə qazanır. İkinci yeri tutan komanda yüksəlmə pley-offunda iştirak edir. Turnir cədvəlində sonuncu yeri tutan komanda Azərbaycan Region Liqasına düşür, 10 və 11-ci yerləri tutan komandalar isə düşmə pley-offunda iştirak edirlər.
Komanda dəyişiklikləri
Azərbaycan Birinci Liqasından düşənlər Azərbaycan Region Liqasından yüksələnlər Liqadan ayrılanlar Qaradağ Lökbatan Ağstafa Gəncləri PFK Xankəndi FK Şirvan FK Şahdağ Qusar FK Şəfa FK Şimal Füzuli FK Lerik PFK Qusar FK
Stadionlar və yerləşmələr
Qeyd: Cədvəl əlifba sırası ilə verilib.
Komanda Məkan Stadion Tutumu Ağdaş FK Ağdaş Ağdaş şəhər stadionu 2.500 Ağstafa Gəncləri PFK Ağstafa Ağstafa şəhər stadionu 2.100 Araz Saatlı FK Saatlı Saatlı Olimpiya İdman Kompleksinin stadionu 900 Dinamo (Bakı) Bakı (Binə) Binə qəsəbə stadionu 1.800 Göygöl FK Göygöl Göygöl OİK stadionu 1.500 Quba PFK Quba Quba OİK stadionu 6.800 Kür-Araz (İmişli) İmişli Saatlı Olimpiya İdman Kompleksinin stadionu 900 Qaradağ Lökbatan FK Lökbatan Lökbatan OİK stadionu 2.500 Sheki City FK Şəki Şəki şəhər stadionu 3.500 Şəmkir PFK Şəmkir Şəmkir Olimpiya İdman Kompleksinin stadionu 2.500 Şirvan FK Şirvan Şirvan OİK stadionu 720 Xankəndi FK Xankəndi Palms Sports FM (IV meydança) 200
Heyət və formalar
Komanda Baş məşqçi Kapitan Forma istehsalçısı Forma sponsoru (sinə) Forma sponsoru (qol) Ağdaş FK Ruslan Hüseynov — — — — Ağstafa Gəncləri PFK Elşən Abadov — DJEVO — — Araz Saatlı FK Şəhriyar Məmmədov Həmzə Əliyev — — — Dinamo İbrahim Uzunca — — — — Göygöl FK — — — — — Quba PFK İsmayıl Məmmədov Adir Şabanov Babir B1 — — Kür-Araz (İmişli) — Elnur Məmmədov — — — Qaradağ Lökbatan FK Qəzənfər Abbasov — — — — Sheki City Firuddin Mövsümov Rəsul İbrahimov DJEVO — — Şəmkir PFK Samir İsmayılov — — İdeal Arena — Şirvan FK Pərviz Bayramov — DJEVO Mister Tum — Xankəndi FK Zaur Hacıyev İnqilab Məmmədov DJEVO — —
Baş məşqçi dəyişiklikləri
Komanda Gedən baş məşqçi Ayrılma səbəbi Vakansiya tarixi Turnir cədvəlində mövqeyi Gələn baş məşqçi Təyinat tarixi Qaradağ Lökbatan Amit Quluzadə Yollar ayrıldı 23 iyun 2025 Mövsümöncəsi Kamal Quliyev 4 iyul 2025 Qaradağ Lökbatan Kamal Quliyev Yollar ayrıldı 26 avqust 2025 Mövsümöncəsi Qəzənfər Abbasov 3 sentyabr 2025 Sheki City FK Bəhmən Həsənov İstefaya göndərildi 2 oktyabr 2025 — Elvin Həsənov 4 oktyabr 2025 Quba PFK Elvin Həsənov Qarşılıqlı razılıq 4 oktyabr 2025 — İsmayıl Məmmədov 10 oktyabr 2025 Şəmkir PFK Vüqar Nadirov Qarşılıqlı razılıq 21 oktyabr 2025 — Kamran İsmayılov 25 oktyabr 2025 Araz Saatlı Elşən Atakişiyev Uğursuz nəticələr 12 noyabr 2025 12-ci Şəhriyar Məmmədov 12 noyabr 2025 Şəmkir PFK Kamran İsmayılov Müvəqqəti müddətin başa çatması 27 noyabr 2025 — Rasim Əliyev 27 noyabr 2025 Xankəndi FK İbrahim Uzunca Öz istəyi ilə / qarşılıqlı razılıq 6 yanvar 2026 2-ci Zaur Hacıyev 14 yanvar 2026 Sheki City FK Elvin Həsənov Yollar ayrıldı 12 fevral 2026 4–5-ci Firuddin Mövsümov 20 fevral 2026 Şəmkir PFK Rasim Əliyev Postundan uzaqlaşdırıldı 18 mart 2026 — — —
Turnir cədvəli
Nəticələr Klublar birinci mərhələdə bir-biri ilə 2 dəfə, ümumilikdə 22 matç keçirib.
1–22-ci turun matçları
23–27-ci turun matçları İkinci mərhələdə komandalar ilk altılıq və ikinci altılıq üzrə mübarizəni davam etdiriblər.
İlk altılıq
İkinci altılıq
Futbolçular üzrə göstəricilər Bombardirlər
1 Bəhruz TeymurovXankəndi272 Vidadi CəfərovQuba PFK243 Tofiq NəsibovQaradağ Lökbatan204 Valeh SeyidovDinamo (Bakı)195 Tural QurbatovXankəndi176 Cavid İmamverdiyevSheki City FK167 Ramil OrucovQaradağ Lökbatan168 Elariz XəlilliAraz Saatlı169 Elxan MəmmədovKür-Araz (İmişli)1410 Bayram ƏliyevKür-Araz (İmişli)13 Mənbə:
Het-triklər
Futbolçu Klub Rəqib Hesab Tarix Cavid İmamverdiyev Şəki Araz Saatlı 12–0 (S) 14 sentyabr 2025 Bəhruz Teymurov Xankəndi Kür-Araz 7–2 (S) 25 noyabr 2025 Ramil Orucov Qaradağ Lökbatan Araz Saatlı 13–1 (E) 22 dekabr 2025 Tofiq Nəsibov Qaradağ Lökbatan Ağdaş 4–0 (S) 10 mart 2026 Valeh Seyidov Dinamo Bakı Şəki Siti 6–1 (S) 28 mart 2026 Elvin Nəsibov Xankəndi Kür-Araz 14–0 (E) 30 mart 2026 Ayaz Mikayılov Qaradağ Lökbatan Dinamo Bakı 5–0 (E) 7 aprel 2026 Elariz Xəlilli Araz Saatlı Şəki 8–1 (S) 20 aprel 2026 Bəhruz Teymurov Xankəndi Şirvan 4–0 (E) 12 may 2026
Maraqlı hadisələr
Mövsümdə yeni format tətbiq olundu. Komandalar əvvəlcə 22 tur ərzində bir-biri ilə iki dəfə qarşılaşdılar, daha sonra turnir cədvəlinə əsasən ilk altılıq və ikinci altılıq qruplarına bölündülər.
II turda Şəki səfərdə Araz Saatlı klubunu 12–0 hesabı ilə məğlub etdi. Bu nəticə mövsümün ən böyük səfər qələbəsi oldu.
XX turda Xankəndi Kür-Araz klubunu 14–0 hesabı ilə məğlub etdi. Bu oyun mövsümün ən böyük ev qələbəsi və ən qollu matçlarından biri oldu.
XIV turda Qaradağ Lökbatan Araz Saatlı klubuna 13–1 hesabı ilə qalib gəldi. Bu qarşılaşma da 14 qolla mövsümün ən qollu oyunları sırasında yer aldı.
Xankəndi mövsümü çempion kimi başa vuraraq Azərbaycan Birinci Liqasına birbaşa vəsiqə qazandı. Komanda 27 oyunda yalnız bir dəfə məğlub oldu.
Qaradağ Lökbatan ikinci yeri tutaraq Azərbaycan Birinci Liqasına yüksəlmə pley-offunda iştirak hüququ qazandı.
Araz Saatlı turnir cədvəlini sonuncu pillədə başa vuraraq Azərbaycan Region Liqasına düşdü.
Mövsümün bombardiri Xankəndi klubunun futbolçusu Bəhruz Teymurov oldu. O, mövsümü 27 qolla tamamladı.
Ümumilikdə 162 oyunda 624 qol vuruldu. Bir oyuna orta hesabla 3,85 qol düşdü.
İntizam
Futbolçu Ən çox sarı vərəq: 11 Tofiq Nəsibov (Qaradağ Lökbatan)
Ən çox qırmızı vərəq: 2 Ramil Orucov (Qaradağ Lökbatan) Valeh Seyidov (Dinamo Bakı)
Klub Ən çox sarı vərəq: 63 Qaradağ Lökbatan
Ən az sarı vərəq: 31 Xankəndi
Ən çox qırmızı vərəq: 5 Dinamo Bakı
Ən az qırmızı vərəq: 0 Xankəndi
Pley-off oyunları
Azərbaycan Birinci Liqasına yüksəlmə pley-offu Mövsümün sonunda II Liqada 2-ci yeri tutan komanda Azərbaycan Birinci Liqasında 9-cu yeri tutan komanda ilə pley-off oyununda qarşılaşır. Pley-off bir oyundan ibarətdir. Əsas vaxtda qalib müəyyənləşməzsə, əlavə vaxt, bundan sonra da bərabərlik davam edərsə, penaltilər seriyası tətbiq olunur. Tarix Komanda 1 Hesab Komanda 2 Stadion 27 may 2026 Şimal 2-1 Qaradağ Lökbatan Şamaxı şəhər stadionu
Azərbaycan İkinci Liqasında qalma pley-offu
Komanda 1 Hesab Komanda 2 Stadion Tarix Ağstafa Gəncləri 3-0 Biləsuvar Yevlax şəhər stadionu 29 may 2026
Həmçinin bax Azərbaycan Premyer Liqası 2025/2026 Azərbaycan Birinci Liqası 2025/2026 2025/2026 Azərbaycan Kuboku
İstinadlar
Kateqoriya:2025/2026 mövsümündə Azərbaycanda futbol