Beynəlxalq Katın Komissiyası () — 1943-cü ilin aprelində Almaniyanın tələbi ilə Katın qətliamını araşdırmaq üçün yaradılmış komitə. Qətliam nəticəsində Şərqi Polşanın SSRİ tərəfindən işğal edilməsi zamanı təxminən 22,000 Polşa vətəndaşının öldürülmüşdür. Öldürülənlər əsasən Polşa kampaniyasından olan hərbi əsirlər, Polşa Ordusunun zabitləri, ziyalılar, dövlət məmurları, kahinlər, polis məmurları və digər peşəkarlar idi. Onların cəsədləri Barbarossa əməliyyatından sonra Rusiyanın Smolensk şəhəri yaxınlığındakı meşədə böyük kütləvi məzarlarda aşkar edilmişdir.
Anatomiya və məhkəmə patologiyası üzrə beynəlxalq ekspertlər komissiyası Avropanın 11 ölkəsindən, əsasən Nasist Almaniyasının müttəfiq və ya işğal etdiyi dövlətlərdən gətirilmişdir.Amtliches Material zum Massenmord von Winniza, p.103. Archiv-Edition 1999 (Faksimile der 1944 erschienenen Ausgabe). Komissiya qətliama Sovet İttifaqının cavabdeh olduğu qənaətinə gəlmişdir. Nəticədə, Almaniya hökuməti İkinci Dünya müharibəsinin Anti-Hitler koalisiyası arasında siyasi ixtilaf yaratmaq məqsədilə qətliama geniş istinad etmişdir. Polşa sürgündəki hökuməti ilə Sovet İttifaqı arasında münasibətlərin kəsilməsi Polşanın araşdırmanı dəstəkləməsinin birbaşa nəticəsi olmuşdur.
SSRi cinayətə görə məsuliyyəti dərhal inkar etmiş və onların Fövqəladə Dövlət Komissiyası sənədləri və məhkəmə elmini saxtalaşdırmaq, günahı Almaniyaya yükləmək vəzifəsi ilə tapşırılmışdır.Fischer, Benjamin B., "The Katyn Controversy: Stalin's Killing Field". "Studies in Intelligence", Winter 1999–2000. Retrieved on 10 December 2005.
Zəmin
Məzarların aşkarlanması thumb|250px|Katın qətliamı haqqında Almaniya səlahiyyətlərinə əsas məlumatı verən Parfen Kiselyov. 1943-cü il.
1942-ci ilin martında Kozi Qorı yaxınlığında yerləşən 2005 saylı inşaat taqımında işləyən polyaklar yerli sakinlərin, əsasən də Parfen KiselyovunПоказания Парфёна Киселёва комиссии Бутца, по: Немцы в Катыни. Документы о расстреле польских военнопленных осенью 1941 года. Составители: Р. И, Косолапов, В. Е. Першин С. Ю. Рыченков, В. А. Сахаров М.: Издательство ИТРК, 2010 ISBN 978-5-88010-266-2, стр. 139 göstərişlərinə əməl edərək bir məzarı qazıb üzərinə ağcaqayından hazırlanmış xaç qoymuşdular. Onlar bu barədə almanlara məlumat vermişdilər, lakin o ərəfədə almanlar bu məlumatlara heç bir reaksiya verməmişdilər. Lokal komandir polkovnik Ahrensin tapdığı canavar tərəfindən qazılmış məzar və edamlar haqqında şayiələr də almanlar üçün maraq oyatmamışdı.
18 fevral 1943-cü ildə Almaniya sahə polisi Katın meşəsində məzarları qazmağa və yerli sakinləri sorğu-sual etməyə başlamış, 29 martda isə kütləvi ekshumasiya işlərinə başlanmışdır.Катынь. Март 1940— сентябрь 2000. Расстрел. Судьбы живых. Эхо Катыни. (Документы) . М., "Весь мир", 2001, с. 524–526. Bu işə Breslau Universitetinin professoru Gerhardt Buts rəhbərlik edirdi.Отчёт профессора медицины доктора Бутца 17 aprel tarixində Katına baş çəkən Smolenskin keçmiş meri Boris Menşagin mənzərəni təsvir etmişdir:Меньшагин Б. Г. Воспоминания. Смоленск… Катынь… Владимирская тюрьма…
Propaqanda kampaniyası 13 aprel tarixində Almaniya radiosu təcili mesaj yayımlanmışdır. Burada Smolensk yaxınlığında NKVD tərəfindən edam edilmiş 10,000 Polşa zabitinin kütləvi məzarının tapıldığı bildirilirdi:
Bundan əlavə, cəsədlərdə sənədlərin saxlandığı, general Smoravinskinin cəsədinin aşkar edildiyi, daha çox cəsədin müəyyən edildiyi və Norveç jurnalistlərinin bu kəşfdən xəbərdar edildiyi qeyd edilmişdir. Bu açıqlama Katın ətrafında səs-küylü propaqanda kampaniyasının başlanğıcı olmuşdur.Lutz Hachmeister, Michael Kloft. Das Goebbels-experiment. Propaganda und politik. München S.60 Xüsusilə, Katına bir neçə qrup Polşa vətəndaşı, müxtəlif ölkələrdən jurnalistlər, Anti-Hitler koalisiyasından olan hərbi əsirlər və s. üçün səfərlər təşkil edilmişdir. Yozef Gebbelsin Hitlerin şəxsi və israrlı göstərişləri ilə alovlandırılmış antisemit təbliğatı Katın qətliamında yəhudilərin iştirakı mövzusunu şişirtmiş,Из статьи "Бабий Яр под Катынью?", опубликованной в ВИЖ № 12, 1990 1990 ЦГА СССР, ф. 1363, оп. 2, 4, д. 27–29, пер. с нем. Директор Центрального государственного архива СССР; А. С. Сухинин polyakların "Minsk NKVD şöbəsinin rəhbər əməkdaşları" Lev Rıbak, Avraam Borisoviç, Xaim Finberq və başqaları tərəfindən öldürüldüyünü iddia etmişdir. Əslində, yəhudi adları Minsk NKVD arxivlərindən təsadüfi olaraq götürülmüşdü və bu arxivlər almanların əlinə keçmişdi.Głos znad Niemna Катынь. Март 1940— сентябрь 2000. Расстрел. Судьбы живых. Эхо Катыни. (Документы) . М., "Весь мир", 2001, с. 421–428. Katın meşəsində tapılan polyakların sayı 12 min olaraq müəyyənləşdirilmişdir.Владимир Абаринов. Катынский лабиринт. Глава 4. Лжеэксперты
SSRİ hakimiyyəti 16 aprel tarixində cavab olaraq Almaniyanı "alçaq böhtan uydurmaları" ilə ittiham etmiş və qətlin almanlar tərəfindən törədildiyini irəli sürmüş, eyni zamanda öldürülənlərin sovet əsirliyində olduğunu etiraf etmişdir:
thumb|right|Almaniya Propaqanda naziri Yozef Gebbels 1942-ci ildə.
Həmin gün, Almaniya Qırmızı Xaç Cəmiyyəti rəsmi olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQX) Katın cinayətinin araşdırılmasında iştirak etmək təklifi ilə müraciət etmişdir.Семиряга М. И. Тайны сталинской дипломатии 1939–1941 . Москва, Высшая школа, 1992, 303 с, ISBN 5-06-002525-X Demək olar ki, eyni vaxtda, 17 aprel 1943-cü ildə Polşa sürgündəki hökuməti BQX-yə Katında zabitlərin ölümü ilə bağlı araşdırma tələbi ilə müraciət etmiş və eyni zamanda, Moskvadakı səfirinə sovet hökumətindən izahat tələb etməyi tapşırmışdır. Bununla yanaşı, Polşa hökumətinin rəsmi bəyanatı son dərəcə diplomatik tonda yazılmışdı. Burada SSRİ-yə qarşı heç bir ittiham yox idi, əksinə, almanların Polşa əsirlərinə qarşı törətdiyi cinayətlərin uzun siyahısı verilmiş və Polşa hökumətinin almanların təbliğat oyununda iştirak etmək istəmədiyi vurğulanmışdı: Уинстон Черчилль. Вторая мировая война. Том 3. Часть 42. В шести томах. Книга вторая. Том 3–4. "Военное издательство", 1991 ISBN 5-203-00706-3
BQX öz nizamnaməsinə uyğun olaraq yalnız SSRİ hökumətinin müvafiq tələbi ilə SSRİ ərazisinə komissiya göndərəcəyini bildirmişdir, ıakin Moskva "almanlar tərəfindən işğal olunmuş ərazidə faşist terroru şəraitində" araşdırmada iştirak etməkdən qəti şəkildə imtina etmişdir. Bundan sonra, 24 aprel tarixində Gebbels bəyan etmişdir ki, "sovetlərin burada iştirakına yalnız ittiham olunan kimi icazə verilə bilər". 25 aprel tarixində SSRİ Polşa hökuməti ilə münasibətləri kəsmiş və onu nasist təbliğat kampaniyasında iştirak etməkdə ittiham etmişdir.Переписка Председателя Совета министров СССР с президентами США и премьер-министрами Великобритании. 1941–1945гг. М. 1957.
Gebbels 17 aprel tarixində mətbuat və radionun məlumatlandırıldığı növbəti konfransda çıxış edərək "Katın məsələsinin əvvəlcə gözləmədiyi miqyası aldığını" məmnunluqla qeyd etmişdir. O, SSRi tərəfinin Qnezdovo qəsəbəsindən "arxeoloji tapıntılar" elan edərək böyük səhvə yol verdiyini vurğulamışdı, çünki almanlar artıq bunları polyakların qalıqları kimi təqdim etmişdi. Gebbelsə görə, SSRİ-nin ikinci səhvi "polyak zabitlərinin alman əsirliyinə düşdüyünü demələri olmuşdu, çünki artıq polyaklar hətta Stalinə şəxsən bu zabitlərin harada olduğu barədə çoxsaylı sorğular göndərirlər". Gebbels bildirmişdir ki, Almaniya SSRİ-ni "danışmağa məcbur etmişdi" və artıq onlar bu açıqlamaları "yeni iddialar irəli sürərək" dəstəkləməli idilər. Gebbels Katın məsələsinin "düşmən cəbhəsində kifayət qədər böyük parçalanma yarada" biləcəyinə ümid etdiyini bildirmişdi. Təbliğatın əsas ideyası və leytmotivi "bolşeviklərin dəyişmədiyi (…), onların rus zadəganlarını hücuma məruz qoyan, latış zadəganlarını və burjuaziyasını öldürən (…) və Avropanın digər hissələrində də vəhşiliklərə başlayacaq qan içən itlər olduğu" fikrini yaymaq idi. Buna baxmayaraq, Propaqanda Nazirliyini narahat edən məqam polyakların güllələndiyi patronların almaniyamənşəli olması idi. Yalnız sonradan bu rəsmi olaraq tanınmış və izahat verilmişdir.Катынская драма: Козельск, Старобельск, Осташков: судьба интернированных польских военнослужащих (Документ по катынскому делу, переданный в мае 1988 года польскими историками советской части комиссии историков Польши и СССР по вопросам истории отношений между двумя странами)
SSRİ hökumətinin iddiaları Vinston Çörçillin xatirələrində qeyd olunan skeptik etirazlarla qarşılanmışdı. Rusların geri çəkilməsi ilə bağlı yaranan qarışıqlıqda polyakların qaçmağa cəhd etməməsi və nəticədə heç olmasa bəzilərinin öz ölkələrinə çata bilməməsi tamamilə inanılmaz görünmüşdü. Sovet təbliğatçılarının bütün səylərinə baxmayaraq, Polşa hərbi əsirlərinin NKVD tərəfindən edam edilməsi versiyası Polşada və bütün dünyada dərhal aşkar bir şey kimi qəbul edilmişdi. Minlərlə Polşa zabitinin yoxa çıxması, 1940-cı ilin yazında onlarla yazışmaların dayanması, Stalinin onların taleyini aydın şəkildə izah edə bilməməsi Gebbelsin təbliğatının həqiqətə yaxın olduğunu sübut edən dolayı, lakin mühüm dəlillər olmuşdu. Polşa diplomati Yan Karskinin sözlərinə görə, Anti-Hitler koalisiyası eyni zamanda həm Katın məsələsini susdurmağa çalışır, həm də Londondakı polyakların "Stalini qıcıqlandırmamasını" istəyirdi:Последняя беседа с Яном Карским "Новая Польша", № 11 (14), 2000г.
SSRİ-nin işğal olunmuş ərazisində almanlar Katın hadisələrini əsasən ədəbiyyatın yayılması və mətbuatda ifşaedici materialların dərci ilə işıqlandırırdılar.Книга "Повседневная жизнь населения России в период нацистской оккупации", историк Борис Ковалёв: "Так, весьма активно (в том числе газетой "Новый путь") освещались события, связанные с катынским делом".."Освещение катынских событий в газете "Новый путь" в 1943г." Вестник "Катынского Мемориала" № 10, 2010, научный сотрудник А. А. Костюченков.
Polşa Qırmızı Xaç Cəmiyyəti thumb|200px|Polşa mayorunun cəsədinin ekshumasiyası.
Almaniya Katın işində beynəlxalq ictimaiyyəti mümkün qədər geniş şəkildə cəlb etməyə çalışırdı. Onlar xüsusilə həm Polşada, həm də sürgündəki hökumət üçün nüfuzlu olan Polşa Qırmızı Xaç Cəmiyyətinin (PQX) burada iştirak etməsini istəyirdilər. Bundan əlavə, almanların polyaklara tapılan sənədləri oxumaq və öldürülənləri müəyyənləşdirmək üçün ehtiyacı var idi. PQX beynəlxalq konvensiya ilə nəzərdə tutulmuş hüdudlar çərçivəsində almanlarla əməkdaşlıq edəcəyini elan etmişdir. Almaniya PQX-ni təbliğat işinə cəlb etməyə çalışmışdı, lakin PQX almanların qəbul etmədiyi şərtlər irəli sürmüşdü.Юзеф Мацкевич Катынь ПРИЛОЖЕНИЕ 13 ПОЛЬСКИЙ КРАСНЫЙ КРЕСТ В КАТЫНИ Перевод с польского Сергея Крыжицкого, "Заря", 1988 ISBN 0-920100-22-8 15 aprel tarixində Katın meşəsinə PQX-nin doqquz nəfərdən ibarət Texniki Komissiyası gəlmişdir. Onların əksəriyyəti Müqavimət hərəkatı ilə sıx bağlı idi.Леопольд Ежевский КАТЫНЬ 1940 17 apreldə polyaklar almanların yaxın nəzarəti və müşahidəsi altında işə başlamışdılar. Komissiya 7 iyun tarixinə qədər çalışmış və Almaniya tərəfi "isti havanın başlanması səbəbindən" qazıntıları dayandırmışdır. Buna baxmayaraq, sonuncu aşkar edilmiş 8 nömrəli məzarın böyük hissəsi açılmamış olaraq qalmışdır. Polyaklar bunun rəsmi açıqlanmış 12 min nəfər qurban versiyasının təkzib olunmaması üçün qəsdən edildiyinə inanırdılar. Öldürülənlərin müəyyənləşdirilməsi üzrə əsas işi Krakov Universitetinin professoru Marian Vodzinskinin rəhbərlik etdiyi Polşa komissiyası həyata keçirmişdir. Qəbiristanlıqdan çıxarkən polyaklar bir məzara çələng qoymuş, öldürülənlərin xatirəsini yad yatmış, alman və rus işçilərə əməkdaşlıq etdiklərinə görə təşəkkür etmişdilər.Отчет Польского Красного Креста "Катынь. Свидетельства, воспоминания, публицистика" Москва, 2001г.