Dendroaspis viridis (Qərb yaşıl mambası) — Mamba cinsinə aid uzun, incə və yüksək dərəcədə zəhərli bir ilan növü.
Taksonomiya Qərb yaşıl mambası ilk dəfə 1844-cü ildə amerikalı herpetoloq və həkim Edvard Helloel tərəfindən Liberiyada toplanmış bir nümunə əsasında "Leptophis viridis" kimi təsvir edilmişdir. Növün xüsusi adı olan viridis, latınca "yaşıl" mənasını verən sifətdir. 1852-ci ildə Helloel, Liberiyada toplanmış iki qərb yaşıl mambası nümunəsini "Dinophis hammondii" adı ilə təsvir etmiş və onu Cənubi Karolinadan olan dostu Oqden Hammondun şərəfinə adlandırmışdır. Bu nümunələr daha sonra Belçika-Britaniya zooloqu Corc Albert Bulencer tərəfindən eyni növ kimi tanınmışdır.
Həmçinin bax Dendroaspis angusticeps
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1844-cü ildə təsvir edilən sürünənlər Kateqoriya:Afrika ilanları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər