Şərqi Macarıstan krallığı () — 1526-cı ildə Mohaç döyüşündən sonra parçalanmış Macarıstan krallığının şərq hissəsində yaranmış müstəqil dövlət qurumu.Béla Köpeczi, History of Transylvania, Volume 2, Social Science Monographs, 2001, p. 593 Krallıq Habsburqların nəzarətində olan Qərbi Macarıstan və Osmanlıların təsiri altında olan ərazilərlə müqayisədə müstəqil, lakin dəyişkən xarici təsirlərə açıq siyasi quruluş idi. 1570-ci ildə Şərqi Macarıstan krallığı Transilvaniya knyazlığına çevrilmişdir.Robert John Weston Evans, T. V. Thomas. Crown, Church and Estates: Central European politics in the sixteenth and seventeenth centuries, Macmillan, 1991, pp. 80–81

Tarixi Mohaç döyüşü və parçalanma (1526) 1526-cı ildə Osmanlı sultanı I Süleymanın rəhbərliyi ilə baş tutan Mohaç döyüşündə Macar kralı II Layoş həlak olmuşdur və bu, Macarıstan krallığının parçalanmasına səbəb olmuşdur. Bu hadisədən sonra Macar taxt-tacına iki iddiaçı meydana çıxmışdır: Habsburqlardan I Ferdinand və Yanoş Zapolya ().Iván Boldizsár, NHQ; the new Hungarian quarterly, Volume 22, Issue 1, Lapkiadó Pub. House, 1981, p. 64

Zapolya Yanoşun hakimiyyəti 1526-cı ildə Zapolya Yanoş Macar zadəganlarının bir hissəsi tərəfindən kral elan olunmuşdur.István Keul, Early modern religious communities in East-Central Europe: ethnic diversity, denominational plurality, and corporative politics in the principality of Transylvania (1526–1691), BRILL, 2009, pp. 40–61 Lakin Ferdinand da özünü kral elan etmiş və bu, vətəndaş müharibəsinə səbəb olmuşdur. Zapolya 1529-cu ildə Osmanlı sultanı I Süleymanla ittifaqa girərək onun vassalı kimi tanınmışdır. Bunun nəticəsində Şərqi Macarıstan krallığı Osmanlı təsirinə düşmüşdür, lakin formal müstəqilliyini saxlamışdır.László Makkai, András Mócsy, Béla Köpeczi. History Of Transylvania Volume I. From the Beginnings to 1606 Distributed by Columbia University Press, New York 2001 East European Monographs, No. DLXXXI

Siyasi quruluş və idarəetmə Şərqi Macarıstan krallığı formal olaraq müstəqil bir dövlət idi, lakin reallıqda Osmanlı imperiyasına vassal kimi bağlı idi. Sultan I Süleyman, Zapolyanın kral titulunu tanıyaraq ona hərbi və siyasi dəstək vermişdir. Dövlətin daxili idarəetməsi Macarıstan ənənələrinə əsaslanırdı.

Yanoş Zapolya öz paytaxtını əvvəlcə Buda, daha sonra isə Debretsen və digər şəhərlərə köçürdü. Lakin ən sabit mərkəz Gyulafehérvár (indiki Rumıniyanın Alba İulia şəhəri) idi.

Şərqi Macarıstan Krallığı indiki Macarıstanın şərq hissəsini, Transilvaniya bölgəsini və ətraf əraziləri əhatə edirdi. Sərhədlər siyasi dəyişikliklərə görə tez-tez dəyişirdi. Dövlət qərbdə Habsburqların nəzarətində olan ərazilərlə, cənubda isə Osmanlı vilayətləri ilə həmsərhəd idi.Oksana Buranbaeva, Vanja Mladineo, Culture and Customs of Hungary, ABC-CLIO, 2011, p. 44

Osmanlı ilə münasibətlər Osmanlı imperiyası Yanoş Zapolya Macarıstan taxtına çıxmasını dəstəkləyərək Şərqi Macarıstan krallığını öz maraqları çərçivəsində qoruyurdu. 1538-ci ildə Osmanlıların iştirakı ilə Yanoş və Ferdinand arasında Vardyar müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən, Yanoş ölümündən sonra Macarıstan torpaqları Ferdinandın nəzarətinə keçməli idi. Lakin Yanoş 1540-cı ildə oğul varisi — II Yanoş Zapolya — olduğu üçün siyasi vəziyyət yenidən gərginləşmişdir.

Zapolya sülaləsinin son nümayəndəsi olan II Yanoş, 1570-ci ildə Şpeyer müqaviləsini imzalayaraq "Macarıstan kralı" titulundan imtina etmiş və bunun əvəzinə özünü Transilvaniya və Macaristanın Şərqi bölgələrinin knyazı elan etmişdir. Beləliklə, Şərqi Macarıstan krallığı rəsmi olaraq fəaliyyətini dayandırmışdır və onun yerində Osmanlı vassallığı olan Transilvaniya knyazlığı yaranmışdır.

Əhəmiyyəti Şərqi Macarıstan krallığı, Macarıstan taxt-tacının Osmanlı və Habsburq təsirləri arasında parçalanmasının simvoludur. Bu dövlətin yaranması və fəaliyyəti sonrakı Transilvaniya knyazlığının siyasi və mədəni əsasını təşkil etmişdir. O, həmçinin Osmanlıların Orta Avropada təsir dairəsini genişləndirməsi baxımından mühüm rol oynamışdır.

İstinadlar

Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Avropanın tarixi dövlətləri