Naja annulata (əvvəllər Boulengerina annulata) — Ümumi adı ilə "zolaqlı su kobrası" və ya "halqalı su kobrası", Qərbi və Mərkəzi Afrikaya aid olan bir su kobrası növü. Bu növ dünyada mövcud olan iki su kobrası növündən biridir, digəri isə "Konqo su kobrası" (Naja christyi) adlanır.
Təsvir
Zolaqlı su kobrası iri və ağır bədənli bir ilandır. Başı qısa, enli və düz olub, boyundan aydın şəkildə fərqlənir. Orta ölçülü qara gözləri və yuvarlaq bəbəkləri var. Bədəni silindrik, quyruğu uzundur. Pulcuqları hamar və parlaqdır, bədənin ortasında 21–23 sıra halında yerləşir. Yetkin fərdlər orta hesabla 1,4–2,2 metr (4,6–7,2 fut) uzunluğa çatır, lakin maksimum 2,8 metr (9,2 fut) uzunluğa qədər böyüyə bilərlər. Bədən rəngləri əsasən parlaq qəhvəyi, boz-qəhvəyi və ya qırmızı-qəhvəyi olub, bədən boyunca qara zolaqlar var. Qarın hissəsi açıq sarı, quyruq isə tamamilə qara rəngdədir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Afrika ilanları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1876-cı ildə təsvir edilən sürünənlər