Hacı Məmməd oğlu Rəhimov — Azərbaycan-sovet hüquqşünası, Azərbaycan SSR prokuroru.
Həyatı Hacı Məmməd oğlu Rəhimov 1903-cü ildə Vladiqafqaz şəhərində anadan olmuşdur. Ali təhsilli hüquqşünas kimi o, 1938-ci ildən 1942-ci ilə kimi SSRİ Ali Məhkəməsində, 1943-cü ildən isə Azərbaycan Respublikası prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Hacı Rəhimov 1951–1954-cü illərdə Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur. Sonralar Ədliyyə Nazirliyində şöbə müdiri kimi işləmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR prokurorları