Rahat — Azərbaycanda fəaliyyət göstərən supermarketlər şəbəkəsi.
Tarixi 2009-cu ildə yaranan "ANC GROUP" MMC-nin tərkibində fəaliyyət göstərən "Rahat" supermarketlər şəbəkəsi hər zaman müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yaxşılaşdırılması üçün çalışır. Müştərilərinə yüksəksəviyyəli xidmət göstərmək və münasib qiymətə keyfiyyətli məhsul təqdim etmək şirkətin əsas məqsədidir. "Rahat" supermarketlərin də daxil olduğu "ANC GROUP" MMC öz əməkdaşlarının maddi və sosial fəaliyyətinin, həmçinin iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perespektiv vəd edən gənclərə investisiya yatırır.
"Rahat Supermarket"lərlə bərabər Azərbaycanda ilk dəfə olaraq premium segmentdə hazırlanan "Port Baku Bazar" mağazasını və xüsusi tərtibatla, keyfiyyətli məhsullarla müştərilərinə təklif olunan "Rahat Gourmet market"lər əsl qurmanların ixtiyarına verilmişdir.
Filiallar ən son texnoloji avadanlıqlarla və Azərbaycanda ilk dəfə olaraq yeni nəsil özünəxidmət kassaları ilə təchiz olunmuşdur."Rahat" market: 15 il sizinlə!
Daim yenilikləri izləyən və inkişaf strategiyasını bazar tələblərinə uyğun olaraq müəyyənləşdirən "Rahat" marketlər şəbəkəsi Qaradağ rayonu, Baki Dairəvi yolunda yerləşən müasir logistik mərkəzi ilə hər gün 200 minə yaxın müştəriyə xidmət göstərir."Rahat Gourmet" marketin daha bir filialı açıldı
Market sayı "Rahat" marketlər şəbəkəsi paytaxt Bakı və ətraf kəndlər, Xırdalan, Bərdə, Yevlax, Tovuz, İsmayıllı, Şəki, Ağdam, Xankəndi, Zəngilan, Laçın, Lənkəran, Masallı, Hacıqabul və s. bölgələrində 110 mağazası ilə fəaliyyət göstərir.
İstinadlar