Bernardo Provenzano () — məşhur italyan cinayət təşkilatının lideri idi.

Narkotik qaçaqmalçılığının əsas fiqurlarından olan və insanları öldürdüyünə görə "traktor" ləqəbi ilə tanınan Provenzano, yaxalanmamaq üçün katolik keşişinin paltarında küçələrdə gəzir və hər üç gecədən bir ev dəyişdirirdi.

1993-cü ildə "Xaç atalarınin atası" titulunu daşıyan Salvatore Riina ələ keçirildikdən sonra Provenzano Korleonların lideri oldu və sonradan bütün Siciliya mafiyasının mütləq gücünə çevrilməyi bacardı.

43 ildir ədalətdən yayınmağı bacaran Siciliya Cosa Nostra mafiyasının əfsanəvi liderlərindən biri olan Bernardo Provenzano 2006-cı ildə evində keçirilən əməliyyatda yaxalanıb və ağırlaşdırılmış ömürlük həbs cəzası çəkdiyi həbsxanada 83 yaşında sidik kisəsi xərçəngindən vəfat edib.

İstinadlar

Kateqoriya:Sidik kisəsi xərçəngindən ölənlər Kateqoriya:İtaliya şəxsləri