Tomas Strakoşa (, ) — Albaniyalı peşəkar futboçu. Yunanıstanın Super Liqa təmsilçisi AEK Afina klubunun və Albaniya milli futbol komandasının qapıçısıdır.
Karyera
Klub Strakoşa Afina şəhərində, Albaniyalı keçmiş milli qapıçı və hazırda məşqçi olan Foto Strakoşanın ailəsində doğulmuşdur. O, həm Yunanıstan, həm də Albaniya vətəndaşlığına malikdir. Futbolçu, atasını özünün əsas ilham mənbəyi kimi göstərmişdir.
2007-ci ildə APOEL, 2009-cu ildə isə "Panionos" klubunun futbol məktəbinə qoşulur. 2012-ci ildə, 75 min avro müqabilində, İtaliyanın Latsio klubunun akademiyasına qoşulan Strakoşa, 2013-cü ildə əsas komandaya yüksəlmişdir. 2015–2016 mövsümündə Salernitana klubuna icarəyə verilmiş və burada 11 oyunda iştirak etmişdir. Latsio ilə birlikdə 2012–13 və 2018–19 mövsümlərində İtaliya Kuboku, 2017 və 2019-cu illərdə isə İtaliya Superkuboku qazanmışdır.
14 iyul 2022-ci ildə İngiltərənin "Brentford" klubu ilə üçillik müqavilə imzalamışdır. 7 oktyabr 2023-cü ildə, Mançester Yunaytedə qarşı keçirilən oyunda meydana çıxaraq, İngiltərə Premyer Liqasında debüt etmişdir.
İyul 2024-cü ildə azad agent kimi Yunanıstanın "AEK Afina" klubuna keçmiş və "AEK" ilə 2029-cu ilin yayına qədər müqavilə imzalamışdır.
Milli komanda Strakoşa, Albaniyanın U19 və U21 milli komandalarında çıxış etdikdən sonra, 2017-ci ildə əsas milli komandada debüt etmişdir. 2024-cü ildə Albaniya milli komandasının Avropa çempionatında iştirak edəcək heyətinə daxil edilir.
2025-ci ilin mart ayına olan məlumata görə, milli komandada 39 oyunda iştirak etmişdir.
Uğurları "Latsio"
İtaliya kubokunun qalibi (2): 2012/13, 2018/19 İtaliya Superkubokunun qalibi (2): 2017, 2019
İstinadlar
Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Salernitana FK futbolçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular