Ansible — Agent tələb etməyən, açıq mənbəli İT avtomatlaşdırma vasitəsi. O, sistemlərin konfiqurasiya idarə edilməsi, proqram təminatının yerləşdirilməsi və İT infrastrukturunun avtomatlaşdırılması üçün istifadə olunur. Sadə, lakin güclü arxitekturaya malik olan "Ansible", SSH və API vasitəsilə birbaşa serverlərlə əlaqə saxlayır, nəticədə əlavə agentlərə ehtiyac olmadan idarəetmə həyata keçirilir. "Ansible" sistem administratorları və "DevOps" mühəndisləri üçün rahat və təhlükəsiz həll təklif edir.
Tarix
"Ansible" 2012-ci ildə Maykl DiHaan tərəfindən yaradılmışdır. Layihənin əsas məqsədi, kompleks və agent əsaslı avtomatlaşdırma sistemlərini sadələşdirmək idi. 2015-ci ildə "Red Hat" "Ansible"-i əldə etdi və onu daha geniş sənaye standartına çevirdi. "Red Hat" "Ansible"-i inkişaf etdirməyə davam edir və onun həm açıq mənbəli, həm də kommersiya versiyalarını təqdim edir. Hal-hazırda "Ansible" IBM tərəfindən idarə olunur, çünki Red Hat IBM tərəfindən 2019-cu ildə satın alınmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şəbəkə proqram təminatı