Poliocephalus rufopectus (Yeni Zelandiya qaqarı) — Həmçinin "Yeni Zelandiya kiçik qaqarı" və ya "weweia" kimi tanınan, Yeni Zelandiya üçün endemik olan qaqar fəsiləsinə aid bir quş növü.

Taksonomiya

"Poliocephalus rufopectus", qaqar dəstəsinə aid suya dalan bir quşdur. İngilis ornitoloq Corc Robert Qrey tərəfindən 1843-cü ildə "Podiceps rufopectus" kimi təsvir edilmişdir. Növün tip nümunəsi Britaniya botaniki və elmi kolleksiyaçı Endryu Sinkleyr tərəfindən Yeni Zelandiyada toplanmışdır. "P. rufopectus", "Poliocephalus" cinsinə aid iki növdən biridir, digəri isə Avstraliyaya endemik olan bozbaş qaqardır (Poliocephalus poliocephalus).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1843-cü ildə təsvir edilən quşlar Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Yeni Zelandiya endemikləri