Gülistan Əhmədovna Annaklıçeva (; , Özbəkistan SSR, SSRİ) — özbək jurnalisti, yazıçı, şair, tərcüməçi və siyasətçisi. Qaraqalpaqıstanın xalq şairi, "Qoraqalpogiston tongı" () və "Qoraqalpoq ədəbiyəti" () qəzetlərinin baş redaktoru, Özbəkistan Respublikasının Ali Məclisinin senatoru.

Həyatı 1948-ci ildə anadan olub. Turtkul şəhərindəki 11 nömrəli orta məktəbi bitirib. 1973-cü ildə Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Daha sonra Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirib.

2015-ci ilin yanvar ayından etibarən Özbəkistan Respublikası Ali Məclisinin üzvüdür (senator). 2018-ci ildə Özbəkistan Respublikası Ali Məclisi Senatının Büdcə və İqtisadi İslahatlar Komitəsinin üzvü, "Qoraqalpogiston tongı" qəzetinin baş redaktoru olub. 2020-ci ildə Özbəkistan Respublikası Ali Məclisi Senatının Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin üzvü, "Qoraqalpoq ədəbiyəti" qəzetinin baş redaktoru olub.

Yaradıcılığı Təxminən 40-a yaxın poetik və nəsr kitabının, poemaların, povestlərin, esse və hekayələrin müəllifidir.2002-ci ildə "Dünya xalqlarının sənəti" Assosiasiyasının İdarə Heyətinin qərarı ilə "Dünya xalqlarının sənəti laureatı" fəxri adına layiq görülüb.Seçilmiş əsərləri 2002-ci ildə Türkiyədə nəşr olunan şeir almanaxında, 2004-cü ildə Almaniyada çap edilən şərq şairlərinin şeir toplusunda və 2010-cu ildə Moskvada çıxan "Dünya xalqlarının yaradıcılığı" qəzetində dərc olunub.

O, A. Blok, A. Fet, A. Axmatova kimi klassik rus şairlərinin əsərlərini qaraqalpaq dilinə tərcümə edib, həmçinin qaraqalpaq və özbək dilləri arasında qarşılıqlı poeziya tərcümələri ilə də fəal şəkildə məşğul olub.

Rus dilində yazdığı 300-dən çox əsərinin elektron versiyası "Проза.ру" və "Стихи.ру" ədəbi platformalarında yerləşdirilib.

Mükafatları Qaraqalpaqıstanın xalq şairi 2002-ci ildə Moskva şəhərində "Dünya xalqlarının sənəti" Assosiasiyasının İdarə Heyətinin qərarı ilə "Dünya xalqlarının sənəti laureatı" fəxri adına layiq görülüb.. 2016-cı ildə "Fidokorona xizmatlari uchun" ("Fədakar xidmətlərə görə") ordeni ilə təltif edilib. 2024-cü ildə "Mehnat shuhrati" ("Əmək şöhrəti") ordeni ilə təltif edilib.

Xarici keçidlər

Gülistan Matyakubovanın (Annaklıçovanın) rəsmi saytı

Kateqoriya:Özbəkistan Milli Universitetinin məzunları Kateqoriya:Özbəkistan şairləri Kateqoriya:Özbəkistan tərcüməçiləri

İstinadlar

Kateqoriya:Özbəkistanın qadın şairləri Kateqoriya:Özbək dilində yazan şairlər Kateqoriya:Özbəkistan Respublikası Ali Məclisinin senatorları