Savoyyalı Marqarita Yolanda (; ) — Savoyya hersoqu I Viktor Amadeyin qızı, Parma hersoginyası.

Həyatı 15 noyabr 1635-ci ildə Turində dünyaya gəldi. Atası Savoyya hersoqu I Viktor Amadey, anası isə Fransa kralı IV Henrinin qızı Kristina Mariyadır. 29 aprel 1660-cı ildə Turində Parma hersoqu II Ranuççio ilə evləndirildi. Cütlüyün 2 övladı dünyaya gəlsə də, hər ikisi də körpə ikən vəfat etdi.

Qız uşağı (1661) Oğlan uşağı (1663)

İkinci övladının doğuşu əsnasında vəfat etdi.

İstinadlar

Kateqoriya:Farneze ailəsi