Marqarita Mariya Farneze (; ) — Parma hersoqu II Ranuççionun qızı, XII Modena və Reccio hersoginyası.
24 noyabr 1664-cüildə Parmada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu II Ranuççio Farneze, anası isə onun ikinci xanımı İzabella d'Estedir.
14 iyul 1692-ci ildə Parmada Modena hersoqu II Françesko d'Este ilə evləndirildi. Ancaq cütlüyün övladı olmadı. Cəmi 2 il sonra hersoq poliartrit və podaqra səbəbilə vəfat etdi.
Gənc yaşda dul qalan Marqarita Mariya Parmaya qayıtdı. 1718-ci ildə Parmada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Condren, John (2024-07-31). Louis XIV and the Peace of Europe: French Diplomacy in Northern Italy, 1659 – 1701. Taylor & Francis. ISBN 978-1-040-04166-6
İstinadlar
Kateqoriya:D'Este