Əli Bayramov adına Qadın Klubu — Bakıda yaradılmış ilk qadın klubu.

Tarixi

Yaradılması 1920-ci ilin may ayının 20-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ildə milyonçu Murtuza Muxtarovun evində, indiki Səadət Sarayının binasında Bakı və onun rayonlarının qadınları üçün Əli Bayramov adına Qadın Klubu açıldı.Центральный женский клуб им. Али Байрамова Kluba Ceyran Bayramova rəhbərlik edirdi.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə 1921-ci ilin may ayının 30-da xalq maarifi komissarı Dadaş Bünyadzadə müvafiq sərəncam verdi:Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu. Azərbaycan hökumətinin fərman və direktivləri. 1920–1924.

Son dövrü Əli Bayramov adına Qadın Klubu yanında cildxana|thumb|200px 1933-cü ilin əvvəllərində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi qeyd edirdi ki, mədəni təbliğat işinə zəif rəhbərlik nəticəsində Əli Bayramov adına qadınlar klubunun fəaliyyəti 1932-ci ildən zəifləmiş, türk qadınlarının tələbələrinə cavab verməmiş, öz işini köhnə metodlarla qurmuş, zəhmətkeş qadınların sosialist tərbiyələnməsində kütlələrin şəxsi təşəbbüsünün əsas baza olmasına və yeni türk qadın kadrların sosialist yenidənqurmasının şüurlu qurucuları kimi yetişdirilməsinə əsaslanmamışdır. Bu səbəbdən klubun direktoru Gülarə Qədirbəyova təyin olundu və ona siyasi maarif işinə rəhbərlik də həvalə olundu.

1936-cı ildə Əli Bayramov adına Qadın Klubunun 15 illiyi ilə əlaqədar G. Qədirbəyova "Bir sarayın tarixi" adlı kitab yazmışdır. Bu kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş və onun antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib edilməsinə zəmin yaratmışdır. Qədirbəyova 1937-ci ilədək kluba rəhbərlik etmiş, 1938-ci ildə həbs edilmişdir.Ziya Bünyadov. Qırmızı terror. Bakı: 1993.

Fəaliyyəti 1920-ci ildə Əli Bayramov adına Qadın Klubunda 7 qadının öz çadrasını çıxararaq Azərbaycanda çadranın atılması kampaniyası başlatmışdır.Вечно живые традиции. — Баку: Азернешр, 1968. — С. 167.

Ceyran Bayramova və onun köməkçiləri Mina xanım, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova başda olmaqla, klubun Rəyasət Heyətinin bir neçə fəalı qadınları kluba cəlb etmək üçün onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb edilməsi qərarına gəldilər. Bir neçə qadın ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirərək bu tikiş emalatxanası təşkil etdi. Əvvəllər orada 7 işçi çalışırdı. Sonralar bu emalatxana Əli Bayramov adına Tikiş Fabrikinə çevrilmişdir."Sharg Gadini" jurnalı № 2, mart 1925-ci il, Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu.

Emalatxana işçiləri həm də savadsızlığın ləğv edilməsi kurslarına yazıldı. Bu kurslarda bir neçə aydan sonra imtahanlar da təşkil olundu.thumb|250px|Klara Setkin Qadın KlubundaKlub üzvləri ölkənin digər bölgələrinə yollanaraq bütün qadınları klubun işinə cəlb etməyə çalışmışdır. Mina xanım Şamaxı qəzasına, Məsmə Məmmədova Xızı, Tahirə Ələkbərova Göyçay qəzasına, Xanım Ağayeva Lənkəran qəzasına, Bilqeyis Əsgərli Quba qəzasına, Xanım Əliyeva Naxçıvan diyarına, Hökümə Məmmədova isə Şuşa qəzasına yollanmışdır.thumbnail|Klubun idarə heyətinin üzvləri|left1924-cü ildə kommunist lider Klara Setkin Əli Bayramov adına Qadın Klubunu ziyarət etmişdir. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı:Klara Setkin. Qafqaz od içində. M, 1926, səh.91–92; Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu.

1925-ci il mayın 26-da Əli Bayramov adına klubun akt zalında klubun 5 illik yubileyi münasibətilə təntənəli iclas keçirilmişdir.Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu. Bilqeyis Məmmədovanın xatirələri

Həmçinin bax

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanda qadın Kateqoriya:Azərbaycanda qadın hüquqları Kateqoriya:Feminizm Kateqoriya:Azərbaycanda qadınların tarixi