Ukrayna Milli Hökuməti () — 30 iyun 1941-ci ildə Lvov şəhərində, UMT (Stepan Bandera qanadı) tərəfindən elan edilmiş və qısa müddət fəaliyyət göstərmiş müvəqqəti hökumət orqanı idi. Bu qurumun yaradılması Ukraynanın müstəqilliyinin bərpası məqsədilə həyata keçirilmişdi. Hökumət Yaroslav Stetskonun rəhbərliyi ilə yaradılmış, 30 iyun 1941-ci ildə Lvovda "Ukrayna Dövlətinin Bərpası Aktı"nın elan olunması ilə fəaliyyətə başlamışdır. Bəyanatda Ukraynanın müstəqil dövlət olduğu və bu dövlətin Almaniya ilə əməkdaşlıq edəcəyi bildirilmişdi.
UMT Almaniya ilə əməkdaşlıq edərək Ukraynanın azadlığını təmin edəcəyini düşünürdü. Lakin Almaniya bu təşəbbüsü rədd etmiş və Ukrayna Milli Hökumətinin fəaliyyətini tanımamışdır. Nəticədə, Alman işğal rəhbərliyi bu hökumətin fəaliyyətini dayandırmış, üzvlərinin bir hissəsi həbs edilmiş və ya repressiyaya məruz qalmışdır.Timothy Snyder. The Causes of Ukrainian-Polish Ethnic Cleansing 1943. Past & Present , No. 179 (May, 2003), pp. 207Організація українських націоналістів і Українська повстанська армія. Інститут історії НАН України.2004р Організація українських націоналістів і Українська повстанська армія,І.К. Патриляк. Військова діяльність ОУН(Б) у 1940–1942 роках. — Університет імені Шевченко \Ін-т історії України НАН України Київ, 2004ОУН в 1941 році: документи: В 2-х ч Ін-т історії України НАН України К. 2006
Hökumət tərkibi Yaroslav Stetsko – Baş nazir Volodimir Staxiv – daxili işlər Dmitro Mayivski – siyasi məsələlər üzrə müşavir
Reyx rəsmiləri Ukrayna Milli Hökumətinin elanını qəzəblə qarşıladılar. Stepan Bandera və Yaroslav Stetsko 1941-ci ilin iyul ayında almanlar tərəfindən həbs olundu və Zaksenxauzen konslagerinə göndərildilər. Hökumət faktiki olaraq fəaliyyətini cəmi iki ay ərzində göstərə bildi. Ukrayna Milli Hökuməti hər nə qədər qısa ömürlü olsa da, bu akt Ukrayna millətçiləri tərəfindən XX əsrdə dövlətçilik arzularının ifadəsi kimi qiymətləndirilir. 1941-ci il aktı müasir Ukrayna milliyyətçi dairələri tərəfindən mühüm siyasi hadisə kimi qəbul olunur.Berkhoff, K.C. and M. Carynnyk 'The Organization of Ukrainian Nationalists and Its Attitude toward Germans and Jews: Iaroslav Stets'ko's 1941 Zhyttiepys' in: Harvard Ukrainian Studies, vol. 23 (1999), nr. 3/4, pp. 149–184.
İstinadlar
Xarici keçidlər Ukrayna Milli Hərəkatı – Banderivets.org.ua
Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tarixi respublikalar Kateqoriya:İkinci Dünya müharibəsi