İvan Lvoviç Lipa (; Ныне — город в составе Львовской городской общины, Украина.) — Ukrayna Xalq Respublikasının ictimai-siyasi və dövlət xadimi, yazıçı, ədəbiyyatşünas və həkimi. Həyatı İvan Lipa sadə burjua ailəsində dünyaya göz açıb. O, yunan kilsəsi nəzdində dövlət məktəbində təhsil almış və buranı yunan dilini mükəmməl bilən ən yaxşı tələbələrdən biri kimi bitirmişdir. 1880-1888-ci illərdə Kerç Aleksandrovskaya Kişi Gimnaziyasında təhsilini davam etdirmiş və buranı da əla qiymətlərlə bitirmişdir.Hutsalenko, T. Ivan Lypa . Encyclopedia of Modern Ukraine. 2016
1888-ci ildən Xarkov Universitetinin tibb fakültəsində təhsil alıb.
Tələbəlik illərində o, yeni yaranmış Ukrayna milli-azadlıq hərəkatının fəalı olub. 1891-ci ilin yayında (bəzi mənbələrə görə, 1892-ci ildə) V.Borovik, B.Qrinçenko və N.Mixnovski ilə birlikdə millətçi təşkilat olan "Tarasov qardaşlığı"nı yaradır. Məqsədi müstəqil (özünü idarə edən) Ukrayna yaratmaq olduğunu elan etmiş ilk təşkilatın: "Qardaşlıq" proqramının müəllifi olub. Məktəb, tələbə və iş mühiti arasında təbliğat işlərində fəal iştirak etmişdir. 1893-cü ildə "Qardaşlar"ın fəaliyyəti hakimiyyət tərəfindən dayandırılaraq, üzvləri həbs olundu. 13 aylıq həbsdən sonra o, üç il Kerçdə polis nəzarəti altında yaşayıb.
1897-ci ildə Kazan Dövlət Universitetində təhsilini başa vurduqdan sonra, Xerson quberniyasında və Poltavada həkim işləmişdir. 1900-cü ildə Lvov Şevçenko Elmi Cəmiyyətinin üzvü olub, 1902-1918-ci illərdə Odessada yaşayıb, həkimliklə məşğul olub.
O, Ukrayna milli azadlıq hərəkatında fəal iştirak edib. Qəzetlərdə publisistik məqalələr dərc etdirmiş, "Odessa Literary Union" nəşriyyatını təşkil etmişdir.
1917-ci il inqilabını müsbət qarşılamış, Ukrayna Xalq Respublikası Mərkəzi Soveti tərəfindən Odessa komissarı təyin edildikdən sonra o, şəhəri mer kimi idarə etmiş, Şəhər İdarəetmə Komitəsinin üzvü (1917), Odessanın tibb müfəttişi olmuşdur. Oğlu ilə birlikdə 1918-ci ilin payızına qədər Odessada fəaliyyət göstərmiş Ukraynanın "Narodnıy styaq" nəşriyyatını yaratmışdı.
Daha sonra Kiyevə köçən İvan Lipa, Ukrayna Xalq Respublikası Direktoriyasının üzvü, Mədəniyyət və Din naziri (1919), UXR-nın ilk Konstitusiya layihəsinin müəlliflərindən biri (1920), sonra UXR hökumətinin Səhiyyə naziri olmuşdu.
1920-ci ilin payızında Qırmızı Ordunun təzyiqi ilə o, oğlu Yuri ilə birlikdə Kamenets-Podolskiyə qaçır, sonra isə Polşaya mühacirət edir.
Sürgündə olarkən Ukrayna Respublikası Soveti Rəyasət Heyətinin sədri (1921) olmuşdur.
İvan Lipa 1923-cü il noyabrın 13-də Lvovda (o zaman Polşa) şəhər ətrafında vəfat edib.
Yaradıcılığı İvan Lipa bir sıra şeir, esse və hekayələrin müəllifidir. Onun ədəbi yaradıcılığına "On üç məsəl", "Ölüm, müharibə və məhəbbət haqqında qeydlər" və daha çox vətənpərvər mahnıları da daxildir. Onun haqqında bir sıra əsərlər ərsəyə gətirib, məsələn, 1924-cü ildə "Çernomor" tərəfindən nəşr olunan "Sönməz lampa" əsəri.
İstinadlar
Ədəbiyyat Іван Липа: двічі міністр // Чорноморська хвиля Української революції: провідники національного руху в Одесі у 1917—1920 рр.: Монографія / Вінцковський Т. С., Музичко О. Є., Хмарский, Вадим Михайлович та ін. — Одеса: ТЕС, 2011—586 с. Xarici keçidlər Пороги вічності Юрія Липи
Kateqoriya:Ukrayna həkimləri Kateqoriya:Ukrayna ədəbi tənqidçiləri Kateqoriya:Ukrayna publisistləri Kateqoriya:Kazan Dövlət Universitetinin məzunları Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Ukrayna şairləri Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Rusiya imperiyası həkimləri Kateqoriya:XX əsr həkimləri