Nikola Deyanoviç (; ) — Serbiya hərbi xadimi, Serbiya Silahlı Qüvvələrinin briqada generalı, 2022–2024-cü illərdə Serbiya Qvardiyasının komandanı. O, keçmişdə Mərkəzi Afrika Respublikasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyalarının iştirakçısı olmuşdur.

Həyatı Nikola Deyanoviç 21 fevral 1969-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının Osiek şəhərində anadan olmuşdur. O, 1992-ci ildə Yuqoslaviya Quru Qoşunları Hərbi Akademiyasını (piyada fakültəsi) bitirmişdir. Deyanoviç 2006-cı ildə komanda-qərargah heyətinin ixtisasartırma kurslarını, 2010-cu ildə Baş Qərargah üzrə ixtisasartırma kurslarını və 2020-ci ildə Təhlükəsizlik və Müdafiə üzrə Ali Kursları başa vurmuşdur.

1992-ci ildən Yuqoslaviya və Serbiya ordularında xidmət etmişdir. Yuqoslaviya Federativ Respublikası, sonradan isə Serbiya və Monteneqro Silahlı Qüvvələrinin hərbçisi kimi 72-ci xüsusi briqadada (briqadanın ləğvindən əvvəl) kəşfiyyat-diversiya batalyonunda xidmət etmişdir. Briqadada kəşfiyyat-diversiya batalyonunun diversiya bölüyünün taqım komandiri, kəşfiyyat-diversiya batalyonunun kəşfiyyat-diversiya bölüyünün komandiri, kəşfiyyat-diversiya batalyonunun komandir müavini, kəşfiyyat-diversiya batalyonunun komandiri vəzifələrini tutmuşdur.

Deyanoviç 2006-cı ildə Xüsusi Briqadanın yaradılmasından sonra bu briqadanın tərkibində xidmətini davam etdirərək əməliyyat-təlim şöbəsinin rəisi, informasiya-kəşfiyyat fəaliyyəti şöbəsinin rəisi, əməliyyatlar üzrə komandir köməkçisi vəzifələrini icra etmişdir.

Deyanoviçin Serbiya Silahlı Qüvvələrində tutduğu digər vəzifələrə 4-cü briqadanın qərargah rəisi, Mərkəzi Afrika Respublikasında Birləşmiş Millətlər Təşkilatınən sülhməramlı missiyasının Serbiya kontingentinin komandiri, Sülhməramlı əməliyyatlar Mərkəzinin rəis müavini, Təlim Komandanlığında Banat briqadasının inkişafına rəhbərlik edən komandir, Zrenyanin qarnizonunun komandiri (2018-ci ildən), Təlim Komandanlığının qərargah rəisi (2019-cu ildən), Təlim Komandanlığının rəis müavini aiddir.

Deyanoviç 20 yanvar 2021-ci ildə briqada generalı rütbəsinə yüksəldilmişdir. O, 25 fevral 2022-ci ildə Serbiya Qvardiyasının komandiri təyin edilmişdir. Deyanoviç 4aprel 2024-cü ildə Serbiya Qvardiyasının komandiri vəzifəsində polkovnik Jelko Furunciç tərəfindən əvəz edilmişdir.

Mükafatları Nikola Deyanoviç aşağıdakı orden və medallarla təltif edilmişdir:

"Yuqoslaviya Xalq Ordusunun 50 illiyi" medalı (1991) "Müdafiə və təhlükəsizlik sahəsində xidmətlərə görə" medalı (2000) "Serbiya Silahlı Qüvvələrinin yubiley" medalı (2015) "Yuqoslaviya Federativ Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2015) "20 illik səylə xidmətə görə" xatirə medalı (2016) "Mərkəzi Afrika Respublikasında BMT Missiyası iştirakçısı" medalı (2016) "Çoxmillətli əməliyyatlarda komanda-qərargah vəzifələrində iştirakçı xatirə" medalı (2017) "Serbiya Silahlı Qüvvələri ilə Mərkəzi Afrika Respublikası təhlükəsizlik qüvvələrinin təlimində Aİ Missiyası ilə əməkdaşlığın inkişafına görə" medalı (2017) "Serbiya Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2019) "NATO təcavüzündən Vətənin müdafiəsinin 20 illiyi xatirə" medalı (2019) "Hərbi xidmətdə görkəmli nailiyyətlərə görə" zabit medalı (2021) "Yuqoslaviya Sosialist Federativ Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2022)

Rütbələri +Verilən hərbi rütbələrPodporuçikLeytenantKapitanBaş kapitanMayorPolkovnik-leytenantPolkovnikBriqada generalı40px40px40px40px40px40px40px40px19921993199619992003200720112021

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Serbiya generalları