Jelimir Qlişoviç (; ) — Serbiya hərbi xadimi, Serbiya Silahlı Qüvvələrinin general-podpolkovniki, 6 iyul 2023-cü ildən 13 noyabr 2024-cü ilə qədər Serbiya Silahlı Qüvvələri Baş Qərargahının müavini. O, əvvəllər Serbiya Quru Qoşunlarının 3-cü briqadasının komandiri və Serbiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin (J-3) rəisi olmuşdur.

Həyatı Jelimir Qlişoviç 17 dekabr 1965-ci ildə Novi-Pazar şəhərində anadan olmuşdur. O, 1984-cü ildə idarəetmə məktəbini, 1988-ci ildə Yuqoslaviya Xalq Ordusunun Hərbi Akademiyasını (zirehli və mexanikləşdirilmiş bölmələr fakültəsi) bitirmişdir. 1998-ci ildə komanda-qərargah ixtisasartırma kurslarını, 2005-ci ildə Baş Qərargah üzrə ixtisasartırma kurslarını, 2016-cı ildə isə Təhlükəsizlik və Müdafiə üzrə Ali Kursları tamamlamışdır.

1988-ci ildən Yuqoslaviya Xalq Ordusu və Serbiya Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. O, Yuqoslaviya Xalq Ordusu, Yuqoslaviya Federativ Respublikası Silahlı Qüvvələri, Serbiya və Monteneqro Silahlı Qüvvələri və Serbiya Silahlı Qüvvələrində tağım komandiri, tank bölüyünün komandiri, tank batalyonunun komandir müavini və mənəvi hazırlıq üzrə komandir köməkçisi, tank batalyonunun komandiri, mexanikləşdirilmiş batalyonun komandiri, motoatıcı briqadanın qərargah rəisi, motoatıcı briqadanın komandiri, Quru Qoşunları Komandanlığında əməliyyat məsələləri və döyüş əməliyyatları şöbəsinin rəisi, Quru Qoşunları Komandanlığında əməliyyat məsələləri şöbəsinin rəisi, Quru Qoşunlarının 3-cü briqadasının komandir müavini, Quru Qoşunlarının 3-cü briqadasının komandiri (2013-cü və 2014-cü illərdə; briqada generalı rütbəsində), Quru Qoşunlarının komandir müavini ( (26 dekabr 2014-cü ildən)), Baş Qərargahın Əməliyyat İşləri İdarəsinin (J-3) rəisi, Baş Qərargahın Əməliyyat İdarəsinin (J-3) rəisi vəzifələrini tutmuşdur.

Qlişoviç 6 iyul 2023-cü ildə Serbiya Silahlı Qüvvələri Baş Qərargahının müavini təyin edilmişdir. O, 24 mart 2024-cü ildə Prokuplyedə yerləşən “Ratko Pavloviç Çiçko” kazarmasında kapral Boban Nedelkoviçin xatirəsinə həsr olunmuş barelyefə çələng qoymuşdu. Qlişoviç 13 noyabr 2024-cü ildə Baş Qərargahın müavini vəzifəsinə Tiosav Yankoviçin təyin olunduğu elan edilmişdir.

Mükafatları Jelimir Qlişoviç aşağıdakı orden və medallarla təltif edilmişdir:

I dərəcəli "Müdafiə və təhlükəsizlik sahəsində xidmətlərə görə" ordeni (2000) II dərəcəli "Müdafiə və təhlükəsizlik sahəsində xidmətlərə görə" ordeni (2002) III dərəcəli "Qılınclı Ağ Qartal" ordeni (2016) "Yuqoslaviya Xalq Ordusunun 50 illiyi" medalı (1991) "Müdafiə və təhlükəsizlik sahəsində 10 illik səylə xidmət" medalı (1997) "Müdafiə və təhlükəsizlik sahəsində xidmətlərə görə" medalı (1999) "Hərbi xidmətdə görkəmli nailiyyətlərə görə zabit" medalı (2012 və 2019) "Belqrad-2014 hərbi paradı iştirakçısının xatirə" medalı (2015) "Yuqoslaviya Federativ Sosialist Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2015) "Yuqoslaviya Federativ Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2015) "Serbiya Silahlı Qüvvələrinin yubiley" medalı (2015) "Serbiya Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2016) “30 illik səylə xidmətə görə xatirə" medalı (2019) "NATO təcavüzündən Vətənin müdafiəsinin 20 illiyi xatirə" medalı (2019) "Şimşək zərbəsi birləşmiş taktiki təlimləri iştirakçısı" medalı (2021) "Səylə xidmətə görə" gümüş medalı (2022)

Rütbələri +Verilən hərbi rütbələr PodporuçikLeytenantKapitanBaş kapitanMayorPolkovnik-leytenantPolkovnikBriqada generalıGeneral-mayorGeneral-podpolkovnik40px40px40px40px40px40px40px40px40px40px1988198919931996199920012005201220152021

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Serbiya generalları