Labeo rohita (Rohu) — "Rui", "ruhi" və ya "roho labeo", Sazanlar fəsiləsinə aid olan və Cənubi Asiyanın çaylarında rast gəlinən bir balıq növü. Rohu əsasən Hindistanın şimal, mərkəz və şərq bölgələri, Pakistan, Vyetnam, Banqladeş, Nepal və Myanmanın çaylarında yayılmışdır. Həmçinin, Hindistan yarımadasının bəzi çaylarına və Şri-Lankaya da gətirilmişdir.

Çoxalma

"Labeo rohita" balıqları iki ilə beş yaş arasında cinsi yetkinliyə çatır. Adətən musson mövsümündə çoxalır və qabarmış çayların mərkəzində, qabarma zonasından yuxarıda yumurta qoyur. Yumurtalar çaylardan toplanaraq göllərdə və ya tanklarda böyüdülə bilər. "Labeo rohita" balıqları "Paraechinorhynchus kalriai" adlı "akantosefal" paraziti ilə yoluxa bilər. Bu parazit balığın nazik bağırsağının daxili divarına yapışır.Bilqees, F. M., & Aly Khan, A. K. (1983). Paraechinorhynchus kalriai ng, n. sp.(Neoechinorhynchidea: Neoechinorhynchinae) from Labeo rohita (Ham).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1822-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Banqladeş balıqları Kateqoriya:Hindistan balıqları Kateqoriya:Tailand balıqları Kateqoriya:Pakistan balıqları