Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi — Azərbaycanın Ağdam şəhərində dəmir yolu və avtovağzal kompleksi. Azərbaycan Dəmir Yollarının stansiyalarından biridir.
Ümumi göstəriciləri
Tarixi 1908-ci ildə Yevlax—Bərdə—Ağdam—Xankəndi—Şuşa dar (ensiz) dəmiryolu xəttinin çəkilişi ilə bağlı işlər başlanmışdı, amma Birinci Dünya müharibəsi səbəbindən işlər yekunlaşmamışdı.
1942-ci ildə istismara verilmiş Evlax-Ağdam-Stepanakert dar (ensiz) dəmir yolu xəttinin üzərində Baş Qərvənd kəndinin yaxınlığında yük platforması kimi istismar edilib.
1967-ci ildə Yevlax—Bərdə—Ağdam dəmiryolu istifadəyə verilmişdi. Ağdam stansiyası 1968-ci ildə açılmışdı. 1978-1979 illərdə dəmiryol xətti Xankəndiyə qədər uzadılmışdı.
Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Ağdam şəhəri, dəmiryol stansiyası ilə birgə, 1993-cü ildə işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbəsi nəticəsində, 2020-ci ilin noyabrın 9-ndan noyabrın 10-na keçən gecə imzalanan Üçtərəfli bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycana qaytarılmışdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən Bərdə—Ağdam dəmiryol xəttində layihələndirilməsi və tikinti işləri başlanılmışdı.
26 noyabr 2025-ci ildə məlumat verildi ki, Bərdə—Ağdam dəmiryol xəttinin yoxlanılması üçün ölkəyə yeni gətirilən FLIRT sərnişin qatarıla sınaq gedişi həyata keçirilmişdi. 10 may 2025-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bərdə—Ağdam dəmiryol xəttinin və Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olmuşdu. 23 may 2025-ci ildə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacəyev, İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Koordinasiya Qərargahının üzvləri ilə birlikdə Ağdamdan qatarla Bakıya getmişdilər.
Xətt Bərdə—Ağdam dəmiryol xəttinin uzunluğu 47,3 km təşkil edir.
Hərəkət cədvəli
Stansiyanın ətrafında
İstinadlar
Kateqoriya:Azərbaycandakı dəmiryol stansiyaları Kateqoriya:Ağdam Kateqoriya:Qarabağ iqtisadi rayonu Kateqoriya:Ağdam rayonu Kateqoriya:Əlifba sırasına görə dəmiryol stansiyaları Kateqoriya:1967-ci ildə yarananlar Kateqoriya:1967-ci ildə açılmış dəmiryol stansiyaları Kateqoriya:Ağdamdakı binalar və tikililər