Garra rufa (Qırmızı garra) — Həmçinin "həkim balığı" və ya "dişləyən balıq" kimi tanınır, "Cyprinidae" (sazanlar) fəsiləsinə aid olan və Qərbi Asiyanın subtropik bölgələrindəki şirin su mühitlərində yaşayan bir balıq növü.

Yayılması və yaşayış yeri

Ənənəvi olaraq təyin edildiyi kimi, "Garra rufa" Türkiyə, Suriya, İordaniya, İsrail, Fələstin, İraq və İranda yayılmışdır. Bu növə əsasən Qızılirmaq, Seyhan, Ceyhan, Orontes, Kueyq, İordan, Dəclə-Fərat, Kor və Mond çay hövzələrində rast gəlinir, lakin Levant və İranın digər sahil çay hövzələrində, həmçinin Maharlu gölü kimi endoreik sistemlərdə də yaşayır. Bu balıq çaylar, axarlar, kanallar, su anbarları, gölməçələr və göllərdə yaşayır, lakin dayaz suları üstün tutur. Çox vaxt insanlar tərəfindən çirklənmiş kanallar kimi mühitlərdə də çoxsaylı ola bilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Heyvanlar və insanlar