Vüqar Kamal oğlu Əsgərov () — azərbaycanlı futbolçu. "PPK" klubunun hücumçusu. Azərbaycan milli futbol komandasında çıxış edib.

Bioqrafiya 1985-ci il mayın 14-də Azərbaycanın Sumqayıt şəhərində anadan olub. 1 yaşında ailəsi ilə birlikdə daimi olaraq Liepayaya köçüb. O, futbola 12 yaşında Liepaja Metalurq idman məktəbində başlayıb. İlk məşqçiləri Janka Zumteks və Janis Intenberg idi. 16 yaşında Vüqar əvəzedici komanda olan "Metallurq-2"də oynamağa başlayıb.

Klub karyerası O, peşəkar futbolçu karyerasına 2008-ci ildə "Metallurq-2" də çıxış edərək başlayıb. 2009-cu ildə Latviya çempionatının birinci liqasında çıxış edən "Jelqava" klubuna keçib. 2010-cu ildə Yurmala rənglərini müdafiə etdi. 2010–2011-ci illərdə futbolçu doğma Liepayadan "Varaviksne" komandasına keçib .

2011–2013-cü illərdə o, doğma komandası olan "Liepaya Metallurq" komandasının tərkibində böyük uğurlar qazanıb.Vüqar Əsgərov Latviyada fərqləndi

2013-cü il iyunun 7-də "Sumqayıt" milli komandamızın üzvü Vüqar Əsgərovu heyətinə qatıb. O, Azərbaycan Premyer Liqa klubu olan eyniadlı şəhərin Sumqayıt FK klubu ilə iki illik müqavilə imzalayıb. O, klubun əsas heyətində 2013-cü il avqustun 4-də Topaz Premyer Liqasının I turunun "Xəzər-Lənkəran" klubu ilə oyununda debüt edib. O, ikinci hissədə 74 dəqiqə oynayıb.

2013-cü il noyabrın 21-də futbolçunun özünün təşəbbüsü ilə komanda rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında Sumqayıt klubu ilə müqaviləsinə xitam verilib.

Nailiyyətlər "Jelqava" Latviya Birinci Liqasının qalibi : 2009 "Metallurq" Liepaya Latviya çempionatının gümüş mükafatçısı : 2011 Latviya kubokunun finalçısı : 2011–12, 2012–13

İstinadlar

Xarici keçidlər “Öz-özümə düşünürdüm: bu nə vaxt bitəcək?” - Azərbaycan millisinin sabiq futbolçusunun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Latviya azərbaycanlıları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular