Yeddilər qalası — Azərbaycanda Quba rayonunun Zıxır kəndində yerləşən qala.
Qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Yeddilər qalası Quba rayonunda Qaraçayın sağ sahilində Zıxır kəndi yaxınlığında yerləşir. Qala 3 tərəfi qayalarla əhatə olunmuş qaranlıq dərənin üzərində tikilib. Buna görə bəzən qalaya "Qaranlıq qala" da deyirlər. Bir hektardan çox ərazini əhatə edir. Qalanın X əsrdə tikildiyi ehtimal olunur.
1980-ci illərdə azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "Gəlin bir az düşünək" adlı məqaləsində bildirmişdir ki, Yeddilər qalasının divarları sökülərək daşınmış, inşaat materialı kimi istifadə edilmişdir.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İstinadlar
Xarici keçidlər
Çöl Adamı — Quba (Yeddilər Qalası) / Xəzər Media Kateqoriya:Quba abidələri