Hypsypops rubicundus (Qaribaldi balığı) — Tarixən "Katalina qızılbalığı" və "dəniz qızılbalığı" kimi tanınan, parlaq narıncı rəngli balıq növü.

Xüsusiyyətlər

"Hypsypops rubicundus" balıqları qalın gövdəli və ya yanlardan sıxılmış balıqlardır və kobud pulcuqlarla örtülüdür. Onların təxminən 12 tikan və 16 şüadan ibarət tək bir dorsal üzgəci var. Bu növün yetkin balıqları vahid parlaq narıncı rəngdədir. "Damselfish" fəsiləsinin ən böyük nümayəndəsidir və uzunluğu 35,6 sm (14,02 düym) çata bilər. Bu balıqlarda cinsi ölçü dimorfizmi mövcuddur: erkəklər orta hesabla dişilərdən 25 mm daha böyük olur. Bu, damselfish növləri və Cənubi Kaliforniyadakı digər dəniz balıqları üçün qeyri-adi xüsusiyyətdir, çünki adətən yetkin dişilər daha böyük olur.⁠ Cavan balıqlar daha tünd, qırmızımtıl narıncı rəngdədir və çoxsaylı kiçik parlaq mavi zolaqlar və ləkələrlə örtülüdür. Bu ləkələr yetkinlik dövrünə çatdıqca tədricən itir. Onların quyruq (kaudal üzgəc) və dorsal üzgəcləri yetkinlərinə nisbətən daha şəffafdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər