Karlos de Burbon (; ) — İspaniya taxt-tacının Karlist, Fransa taxt-tacının isə Legitimist iddiaçısı.
Həyatı 1848-ci ildə Lyublyanada dünyaya gəldi. Atası İspaniya kralı IV Karlın nəvəsi və Karlist taxt iddiaçısı İnfant Xuan Karlos, anası isə Modena hersoqu IV Fransiskin qızı Mariya Beatrisadır. Hələ körpə ikən ailəsi Londona köçdü və kiçik qardaşı İnfant Alfonso burada dünyaya gəldi. Ancaq sonrakı illərdə valideynləri ayrıldı və Karlosla qardaşı anasıyla birlikdə Modenada yaşamağa başladı. thumb|240x240px|İlk xanımı Burbon-Parmalı Marqarita ilə birlikdə, 1860-cı illər 1868-ci ildə öncə kraliça II İzabellanın ölkədən qaçması, 4 gün sonra isə atası İnfant Xuan Karlosun taxt hüququndan imtina edən sənədə qol çəkməsinin ardından, Karlos de Burbon Karlist taxt iddiasını irəli sürdü. VII Karlos adını aldı və ölümünədək bu ünvanı daşıdı.
Ailəsi 4 fevral 1867-ci ildə Avstriyada Parma və Piaçensa hersoqu III Karlın qızı Marqarita ilə evləndi. Cütlüyün 5 övladı oldu.
Blanka de Burbon (1868-1949), 1889-cu ildə Böyük Toskana hersoqu II Leopoldun nəvəsi Leopold Salvadorla evləndi və övladları oldu. Ceymi de Burbon, İspaniya taxt-tacının Karlist, Fransa taxt-tacının isə Legitimist iddiaçısı Elvira de Burbon (1871-1929), heç vaxt evlənmədi. Beatrisa de Burbon (1874-1961) Alisa de Burbon (1876-1975)
1893-cü ildə xanımının vəfatından sonra yenidən evlənmək qərarı verən Karlos de Burbon üçün 2 gəlin namizədi irəli sürüldü. Bunlar fransız əsilli Berta de Roqan və alman əsilli Tereza oldu. Bunlardan ilkini seçən Karlos de Burbon 28 aprel 1894-cü ildə Praqada yenidən evlənsə də, bu evliliyindən övladı olmadı.
1909-cu ildə Varezedə vəfat etdi və Triest kafedralına dəfn olundu.
Mənbə
Ədəbiyyat
Del Burgo, Jaime. Carlos VII y su tiempo: Leyenda y realidad. Pamplona: Gobierno de Navarra, 1994. "The Curé Santa Cruz and the Carlist War." Blackwood's Edinburgh Magazine (1873). "The Spanish Pretender: Who he is and What he has Been." The New York Times (May 31, 1874).
İstinadlar
Kateqoriya:İspaniya infantları