Məlikəhmədli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Məlikəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunmuşdur.

Toponimikası Məlikəhmədli kəndi Bərgüşad çayı sahilindədir. Keçmiş adı İydəli olmuşdur. Kəndi vaxtilə məlikəhmədli nəsli İydəli adlı sahədə salmışdır. Hazırda kənd həmin nəslin adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 1907-ci ildə kənddə 30 Qafqaz tatarı (Azərbaycan türkü), 1908-ci ildə də 30 türk yaşayırdı. Kənd işğala qədər 56 evdən ibarət olmuşdur. Tanınmış şəxsləri Mais Səfərli (1958–2020) — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı. Yaşar İsa oğlu Ağayev (04.01.1947–10.01.1994) — Şəhid. Ağamməd İsa oğlu Ağayev (20.10.1959–22.11.1992) — Şəhid. Güloğlan Məhəmməd oğlu Məmmədov (04.01.1963–19.02.1992) — Şəhid.

Şəkilləri

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri