Kombayi və ya Poliqar iti — Hindistanın Tamilnad ştatına aid olan it cinsi. Ənənəvi olaraq qoruma və mühafizə məqsədi ilə saxlanılan bu itlər, əla gözətçi itləri olaraq tanınır. Həmçinin, böyük ov heyvanlarını ovlamaq üçün də istifadə edilmişdir.
Təsvir Enli, qısa, əzələli, güclü və atletik bir itdir və boyu təxminən 58 sm olur. Onların qısa, hamar tükləri adətən açıq qəhvəyi ilə tünd qırmızı arasında dəyişir və qara burunları var. Tünd gözləri, orta uzunluqda və ucları əyilmiş qulaqları, incə bir burunları olur. Bu cinsin enli, az tüklü və orağa bənzər şəkildə quyruğu var. Erkəklər 25-32, dişilər isə 20-25 kq çəkiyə sahib olurlar. Kombayi itləri yüksək zəka və sədaqəti ilə tanınır. Onlar tanış olduğu insanlarla, uşaqlarla çox mehriban və şirin davranır. Yad insanlar və ya tanımadıqları itlər tərəfindən təhrik edildikdə qəddarlaşa bilər. Bu xüsusiyyətləri onları əla gözətçi itlərinə çevirir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri