Skipperke — 1600-cü illərdə Flandriyada yarandığı güman edilən kiçik it cinsi.Alexandra Anastasio (January 31, 2017) American Kennel Club official website "What Was the Schipperke Bred To Do" Bu növ itin spitz və ya miniatür çoban iti olması ilə bağlı uzun müddətdir qeyri-rəsmi müzakirələr aparılmışdır. DNT araşdırmaları göstərib ki, Skipperke it cinsi spitz ailəsi ilə yaxın əlaqəyə malikdir.
Xüsusiyyətləri Skipperke spitz ailəsinə aid olan kiçik, möhkəm və adətən qara rəngdə olan bir it cinsidir. Onların dik və uclu qulaqları başlarının üstündə yerləşir. Skipperkelər sərt və daha uzun xarici örtüyə malik yumşaq, tüklü astarla ikiqat örtülmüş xəzə sahibdirlər. Cinsin xüsusiyyətlərindən biri boyun ətrafında uzun tüklərdən ibarət olan və arxaya doğru uzanan xəzdir. Onların arxa ayaqlarında da daha uzun xəz olur ki, buna "kolyotlar" deyilir. Cins əsasən qara rəngdə olsa da, bəzən sarı və ya krem rəngdə də ola bilirlər. Çox nadir hallarda qaraciyər qırmızısı rənginə sahib ola bilərlər. Skipperkenin xəz örtüyü parlaqdır. Bu itlər adətən 3-9 kq arası çəkiyə malik olurlar.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri Kateqoriya:Çoban itləri