Ekvilibrium ( "bərabər" + "tərəzi" = "balans", "tarazlıq") — 2002-ci ildə rejissor Kurt Vimmer tərəfindən çəkilmiş Amerika antiutopiya filmidir.
Film emosiya və incəsənət əsərlərinin qanunla qadağan edildiyi və insanların öz hisslərini boğmaqda onlara kömək edən dərman qəbul etməyə məcbur edildikləri bir dünyadan bəhs edir. Filmin baş qəhrəmanı köhnə cəmiyyəti geri qaytarmaq üçün mövcud rejimlə mübarizə aparan Üsyançıları məhv etməyə çalışan rejimin ən təcrübəli əsgərlərindən biridir. Zaman keçdikcə bu təcrübəli əsgərdə üsyançıların sırasına qoşulur və diktaturanın devrilməsi prosesinə öz töhfəsini vermək qərarına gəlir.
Süjet xətti
Filmin hadisələri yaxın gələcəkdə, uydurma bir şəhər-dövlət olan Libriyada baş verir. Burada teokratik totalitar rejim hökm sürür. Üçüncü Dünya müharibəsinin başa çatmasından sonra demək olar ki, bütün dünya xarabalığa çevrilib. Şəhərdə hakimiyyət «Tetraqrammaton» Şurasına məxsusdur və onun başında Lider dayanır.
Hakimiyyət bütün problemlərin səbəbi kimi insan emosiyalarını göstərir. Bu emosiyaların qarşısını almaq üçün əhali gündəlik olaraq «Prozium» adlı dərmanı qəbul etməyə məcburdur. Bütün incəsənət nümunələri və emosiyalara səbəb ola biləcək hər şey (məsələn, qeyri-adi interyer əşyaları) məhv edilməlidir. Qanunlara nəzarət isə Qrammaton Klerikləri adlanan xüsusi dini-silahlı dəstəyə həvalə edilmişdir. Bu dəstə emosional cinayətkarları aradan qaldırmaqla məşğuldur. Qanuna tabe olmayan insanlar isə saysız-hesabsız rəsmləri və kitabları gizlədir və yaşayış olmayan səhralara qaçırlar.
Baş qəhrəman Con Preston birinci sinif Qrammaton Klerik postunu tutur və şəxsən vitse-konsul Dyupona tabedir — o, həmçinin döyüş sənəti olan «qan-kata»nın yaradıcılarından biridir. Onun tərəfdaşı Errol Partriç emosional cinayət törədir və Preston onu həbs zamanı öz əli ilə güllələyir. Lakin bu hadisədən sonra Conun daxilində hisslər tədricən oyanmağa başlayır. O, dörd il əvvəl emosional cinayətə görə edam edilmiş həyat yoldaşını tez-tez xatırlayır. Bir dəfə təsadüfən prozium dozasının ampulasını sındıran Con ətrafdakı aləmi tam hiss etməyə başlayır və bu yeni duyğular onu sarsıdır. O, artıq dərmanı qəbul etmir və bu yeni duyğulardan zövq almağa başlayır.
Növbəti istintaq zamanı o, emosional cinayətkar Meri O’Brayana aşiq olur. Meri edam edildikdən sonra Con hisslərini boğa bilmir və onun yeni tərəfdaşı Brant tərəfindən tutulur. Brant artıq Prestonun emosiyalara sahib olmasından şübhələnməyə başlamışdı. Lakin Preston vitse-konsul Dyuponu günahsız olduğuna inandıra bilir.
Con gizlicə Müqavimət hərəkatının tərəfinə keçir. Bu hərəkatın lideri Yurgen adlı sirli bir şəxsdir. O, Prestona Lideri öldürməyi təklif edir — bu, Tetraqrammaton rejiminə qarşı ümumi üsyan üçün bir siqnal olmalıdır. Prestonun Liderlə görüşə bilməsi üçün Müqavimətin rəhbərliyi özlərini tutdurmağa razılaşır. Bunun qarşılığında Preston Liderlə görüşmək hüququ qazanır. Lakin o, gözlənilmədən öyrənir ki, Lider çoxdan ölüb və camaata sadəcə videokloun göstərilir. Əsl hakimiyyət isə «Rəhbərin səsi» olan vitse-konsul Dyuponun əlindədir. Dyupon Prestonun emosiyalara meylli olduğunu hiss edərək ondan Müqaviməti ifşa etmək üçün istifadə etmişdir.
Con qəzəb və ümidsizliyini dəf edərək, Dyuponun mühafizəsini yox edir və onunla ağır döyüşə girir və nəticədə Dyupona qalib gəlir. Yerdə yatan vitse-konsul bağışlanmaq üçün yalvarsa da, Con Merinin ölümünü xatırlayaraq onu öldürür. Daha sonra o, təbliğatı həyata keçirən vasitələri məhv edir.
Libriyada inqilab başlayır. Müqavimətin liderləri edama aparılır, amma üsyançılar prozium zavodlarını partladır və Qrammaton Klerik qüvvələrinə hücum edirlər. Con Preston günəş şüaları altında dayanır, əlində isə Meridən yadigar qalmış qırmızı lent vardır.
Rollarda
Nümayişi
Filmin istehsal büdcəsi 20 milyon ABŞ dolları idi. Beynəlxalq miqyasda olan ilkin satışlar artıq qazanc gətirdiyi üçün, studiya pul itirmə riskinin qarşısını almaq məqsədilə filmin reklam büdcəsini kəsmiş və bu da öz növbəsində filmin məhdud sayda teatrlarda nümayiş etdirilməsi ilə nəticələnmişdir.
Film ABŞ-də cəmi 301 kinoteatrda nümayiş olunmuş və açılış həftəsində 541,512 dollar qazanc əldə etmişdir. 26 dekabr 2002-ci ildəki mövsümün bağlanış mərasimində isə cəmi 1,2 milyon dollar qazanc əldə etmişdir. Film beynəlxalq miqyasda 4,1 milyon dollar, dünya üzrə isə cəmi 5,3 milyon dollar gəlir əldə etmişdir.Film daha sonra isə DVD formatında buraxılmış və bu formatdakı nümayişin ilk ayındakı satışlardan isə təxminən 40 milyon dollar qazanc əldə etmişdir.
Saundtrek
Filmin saundtreki Klaus Badelt tərəfindən bəstələnmişdir.
Disk 1
1. Grammaton Cleric 2. Encounter 3. Cleric Preston 4. Burned 5. Evidence 6. Always Knew 7. Remember Me 8. Predict 9. Abduction 10. Don’t Feel 11. Libra 12. Supression 13. Equilibrium 14. Breath Is Just A Clock 15. Gun Katas 16. Family 17. Without Love 18. Prozium 19. More Reprimand 20. Massacre 21. Father’s Law 22. Mary’s Museum 23. Discovered 24. Kata Moves
Disk 2
1. Hiden Souls 2. Practice 3. Nether 4. Try To Scape 5. Execution 6. Faith 7. By Me 8. Jurgen 9. You Know Why 10. Underground 11. Is Posible 12. No Time For Love 13. Final Countdown, Lost 14. Decision 15. Betrayed 16. Confront 17. You Must Kill Him 18. Cry For Freedom 19. Hard To Believed 20. Nothing To Hide 21. Master Gun Kata Fight 22. A New Begining 23. End Credits 24. Equilibrium (Withdrawals) 25. Double Of Equilibrium (Faith) 26. Equilibrium (Kata Fight) 27. Equilibrium (Hall Of Mirrors)
İstinadlar
Ədəbiyyat siyahısı Farrer B. Equilibrium: If Game Theorists Ruled the World? // Poli Sci Fi: An Introduction to Political Science through Science Fiction / Eds. Michael A. Allen, Justin S. Vaughn. — Routledge, 2016. — P. 23—33. — 238 p.
Xarici keçidlər
Kateqoriya:2000-ci illərin elmi fantastika filmləri Kateqoriya:2000-ci illərin elmi fantastika döyüş filmləri Kateqoriya:2002-ci ilin filmləri Kateqoriya:2000-ci illərin döyüş filmləri Kateqoriya:Qan-kata filmləri Kateqoriya:2000-ci illərin triller filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2000-ci illərin ABŞ filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri Kateqoriya:Dimension Films filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Bəstəkar Klaus Badeltin filmləri Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:ABŞ-nin postapokaliptik filmləri Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:Lukas Fosterin prodüseri olduğu filmlər Kateqoriya:2002-ci ilin elmi-fantastika döyüş filmləri Kateqoriya:2000-ci illərin antiutopik filmləri Kateqoriya:Uydurmada zehin kontrolu Kateqoriya:Kəffarə haqqında filmlər Kateqoriya:Ölüm cəzası haqqında filmlər Kateqoriya:Senzura haqqında filmlər Kateqoriya:Narkotik maddələr haqqında filmlər Kateqoriya:Üsyanlar haqqında filmlər Kateqoriya:Təhlükəsizlik və nəzarət haqqında filmlər Kateqoriya:Totalitarizm haqqında filmlər Kateqoriya:İfadə azadlığı haqqında filmlər Kateqoriya:Dul insanlar haqqında filmlər Kateqoriya:Rejissor Kurt Vimmerin filmləri Kateqoriya:Ssenari müəllifi Kurt Vimmer olan filmlər Kateqoriya:2072-ci il haqqında filmlər Kateqoriya:2070-ci illər haqqında filmlər Kateqoriya:İtaliyada çəkilən filmlər Kateqoriya:Döyüş sənəti elmi fantastika filmləri Kateqoriya:Transhumanizm haqqında filmlər Kateqoriya:Üçüncü Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Psixoaktiv dərmanlar haqqında filmlər Kateqoriya:2002-ci ilin ABŞ filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Psixoaktiv maddələr haqqında filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri