Vanderlei de Lima () — Braziliyanı təmsil edən, uzun məsafəli qaçışçı. 1996-cı ildə Tokio Beynəlxalq Marafonunun və 2004-cü ildə Hamburq Marafonunun qalibi olub.
Karyerası Vanderlei de Lima peşəkar karyerasına 1989 və 1992-ci illərdə IAAF kross qaçışı kimi başlamışdır.Continental Cross Country Championships and Cups . GBR Athletics. Retrieved 2 March 2010. O, 1995-ci ildə yarışda qalib gəlməzdən əvvəl 1993-cü ildə Cənubi Amerika Kros Çempionatında bürünc medal qazamışdı. 1996-cı ildə Tokio Beynəlxalq Marafonu titulunu qazanıb. Elə həmin ildə Yay Olimpiya Oyunlarına qatıldı, 1996-cı ildə Atlanta Oyunlarında marafonda qaçaraq 47-ci yeri tutub. O, 1998-ci ildə Tokio marafonunda Alberto Juzdadodan sonra ikinci olaraq 2:08:31-vaxtı göstəricisi ilə yarışı bitirmişdi. 2004-cü il mövsümündə Hamburq marafonunda qalibiyyət (2:09:39) əldə etmişdi.
2004 Yay Olimpiya Oyunları 29 avqust 2004-cü ildə Afinada keçirilən 2004 Yay Olimpiya Oyunlarında qızıl medalını qazanan ilk braziliyalı olmağa çalışırdı, Lakin 35 km məsafəni qət etdikdən sonra, irlandiyalı keşiş Neil Horan onu qacış zolağının kənarına itələdi. Bu hadisə Vanderlei de Limanı zamanlamada (5–10 saniyə) geri saldı və 2:12:11 nəticə ilə üçüncü olaraq bürünc medal qazandı.World Marathon Rankings for 1998 . Association of Road Racing Statisticians. Retrieved 3 March 2010.
Olimpiadadan sonrakı karyerası 2007-ci ildə Pan Amerika Oyunlarında titulunu qorumağ üçünyarışa cıxdı, lakin 37 kilometrlik məsafədə əzələ problemi ilə yarışı tərk etdi. O, 2009-cu ilin aprelində Paris Marafonunda qaçdıqdan sonra marafonçu kimi təqaüdə çıxdı. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırmaq şərəfini layiq görülüb . . The Irish Times online 20 January 2005. Retrieved 7 August 2016.
İstinadlar
Kateqoriya:2004 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında yüngül atletlər