() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Hindistan üçün endemik növdür. Andaman adaları, Assam, Banqladeş, Kalimantan, Braziliya, Kamerun, Karolin adaları, Çin, Komor adaları, Kuba, Dominikan Respublikası, Şərqi Himalay, Ekvador, El-Salvador, Fici, Qambiya, Gilbert adaları, Qvineya, Qvineya körfəzi, Haynan, Haiti, Havay, Yamayka, Lakkadiv adaları, Laos, Livard adaları, Kiçik Zond adaları, Malay, Marian adaları, Mavriki, Myanma, Nauru, Nepal, Yeni Kaledoniya, Nikobar adaları, Peru, Filippin, Puerto-Riko, Reyunyon, Seyşel adaları, Solomon adaları, Cənub-Qərbi Karib hövzəsi, Şri-Lanka, Sulavesi, Sumatra, Trinidad və Tobaqo, Venesuela, Vyetnam və Külək adalarında becərilir.
Botaniki xarakteristikası Cekfrut, çəkisi 55 kq-a (120 funt), uzunluğu 90 sm-ə (35 düym), diametri isə 50 sm-ə (20 düym) çatan ən böyük ağac meyvəsidir. Yetkin bir cekfrut ağacı ildə təxminən 200 meyvə, daha yaşlı ağaclar isə 500-ə qədər meyvə verə bilər. Cekfrut, yüzlərlə və ya minlərlə fərdi çiçəkdən ibarət çoxlu meyvədir və yetişməmiş meyvəsinin ətli ləçəkləri yeyilir.
Adları Cekfrut sözü portuqal dilindəki jaca sözündən götürülmüşdür, bu isə öz növbəsində Malayalam dilindəki chakka (ചക്ക) terminindən yaranmışdır. İngilis dilində "jackfruit" adı ilk dəfə həkim və təbiətşünas Qarsia de Orta tərəfindən 1563-cü ildə yazdığı "Colóquios dos simples e drogas da India" kitabında istifadə edilmişdir.Oxford English Dictionary, Second Edition, 1989, online edition Bir neçə əsr sonra botanist Ralf Rendls Stüart, adın Ost-Hind şirkətində Benqaliya, Sumatra və Malayada işləmiş olan şotlandiyalı botanist Uilyam Cekin (1795–1822) şərəfinə qoyulduğunu irəli sürmüşdür.
Mənşəyi Cekfrutun dəqiq mənşəyi məlum deyil. Amma, ehtimal olunur ki, o Qərbi Qatdan gəlmişdi.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cənubi Asiya mətbəxi Kateqoriya:Tropik kənd təsərrüfatı Kateqoriya:Tropik meyvələr Kateqoriya:Meyvə ağacları Kateqoriya:Giləmeyvələr Kateqoriya:Meşənin qeyri-oduncaq məhsulları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Asiya mənşəli meyvələr Kateqoriya:Şri-Lanka florası