İlisu Milli Parkı — Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2025-cı il tarixli sərəncamı əsasında yaradılmış milli park.Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycanın Qax rayonu ərazisində yerləşir. Milli Park İlisu Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır.13966,0 hektar sahəni əhatə edir.
Ümumi məlumat Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
Relyefi Ərazi Baş Qafqaz dağlarının dik yamaclı,çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Hündürlüyə qalxdıqca dördüncü dövr, alt və üst təbaşirin, orta yuranın terrigen çöküntüləri bir birini əvəz edir. Geomorfoloji cəhətdən burada denudasion struktur dağların ortadağlıq, alçaqdağlıq əraziləri səciyyəvidir. Burada əsasən palıd, vələs, fıstıq meşəli, qonur dağ-meşə torpaqlı parçalanmış orta və aşağı dağ-meşə, eləcə də az sahədə allivüal-çəmən torpaqlı, çəmən-kol bitkili subasar çay dərə landşaft kompleksləri inkişaf etmişdir.
İqlimi Milli parkın ərazisində qışı quraq keçən soyuq iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və yağıntıları bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-12 °C arasında tərəddüd edir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır.
Flora İlisu Milli Parkında endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə Şərq fıstığı, Qafqaz vələsi, Şərq palıdı, Litvinov tozağacısı, Trautvetter ağcaqayını, kollardan quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Giləmeyvəli qaraçöhrə və Radde tozağacısı Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.
Fauna
Həmçinin bax Azərbaycan Milli Parkları Ekologiya və Təbii Sərvətlər Nazirliyi İlisu Dövlət Təbiət Qoruğu Xarici keçidlər İstinadlar
Kateqoriya:Azərbaycan milli parkları Kateqoriya:İlisu Kateqoriya:2025-ci ildə yaradılmış qoruq əraziləri