Fransız əcnəbi Legionu və ya Xarici Legion () — Fransa quru qoşunlarının bir hissəsi olan və əsasən əcnəbilərdən ibarət hərbi hissə. 9 mart 1831-ci ildə Fransa kralı I Lui-Filipin fərmanı ilə müstəsna olaraq Fransa hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirak etmək üçün nəzərdə tutulmuş birlik kimi yaradılmışdır. Yarandığı andan bu günə qədər legion yalnız Fransa dövlətinin başçısına tabe olub.
Tarixinin müəyyən dövrlərində Legion qırx mindən çox şəxsi heyətə sahib idi. Beləliklə, 1914-cü ilin avqustunda Əcnəbi Legionun 5 yürüş alayında 52-dən çox millətin nümayəndəsi olan 42.883 könüllüsü var idi. 2018-ci ilə olan məlumata görə, Legionun 11 alayında 100-dən çox ölkədən təxminən 8900 nəfər xidmət edən əsgəri var.
Tarix Fransız Əcnəbi Legionu Kral I Lui-Filippin 9 mart 1831-ci il tarixli fərmanı ilə bir neçə polk əsasında yaradılmışdır (). Bu alaylardan biri qondarma "Hohenlohe alayı" idi () Bu alay Alman şahzadəsi və fransız marşalı Lüdviq Aloysius fon Hohenlohenin komandanlığı altında İnqilab Müharibəsində royalistlər üçün vuruşmuş və daha sonra Fransa kralı X Karla xidmət etmişdir.
Kampaniyalar 1847-ci ildə Əlcəzairin fəth edilməsindən sonra legionerlərin xidmətlərinə tələbat yenə də mövcud idi. Belə ki, o, 1854-cü ilin noyabr ayında Krım müharibəsi zamanı baş vermiş İnkerman döyüşündə iştirak etmişdir. Bütün Sevastopol yaxınlığında gedən döyüş zamanı hər iki piyada alayı 12 zabitini itirmiş, 66 nəfər yaralanmış, həmçinin 1625 əsgər ölmüş və yaralanmışdır. Ölənlər arasında 1855-ci il may ayının 2-də Şvarts-Redubtdakı döyüşdə həlak olan 1-ci Əcnəbi Alayının komandiri polkovnik Rafael Vyano da var idi (həmin döyüşdə ingilis-fransız qoşunları 118 nəfərini itirmiş və 480 nəfər yaralanmış, onlardan biri də 1-ci ordunun 3-cü zabiti idi. Alaydan 14 nəfər öldürülmüş və ya yaralanmışdır).
thumb|Meksika Ekspedisiyası zamanı Əcnəbi Legionun uniforması
Əcnəbi legion aşağıdakı yerlərdə baş vermiş müharibələrdə və əməliyyatlarda iştirak etmişdir:
Fransız Əlcəzairi: 1831-1882 İspaniya: 1835-1839 Krım müharibəsi: 1853-1856 İtaliya: 1859 Fransa-Meksika müharibəsi (Kameron döyüşü daxil olmaqla): 1863-1867 Cənubi Oran (Əlcəzair): 1882–1907 Tonkin (Vyetnam): 1883-1910 Formosa (Tayvan): 1885 Dahomey: 1892-1894 Sudan: 1893–1894 Madaqaskar: 1895-1901 Mərakeş: 1907-1914 Birinci Dünya müharibəsi: 1914-1918 Yaxın Şərq: 1914-1918 Tonkin (Vyetnam): 1914–1940
thumb|270x270px|1897-1902-ci illərdə Əlcəzairdə həlak olmuş legionerlərin abidəsi
Mərakeş: 1920-1935 Suriyada Milli Azadlıq Üsyanı: 1925-1927 İkinci Dünya müharibəsi: 1939-1945 Hind-Çini Müharibəsi: Madaqaskar üsyanı: 1947-1950 Tunis Müstəqillik Müharibəsi: 1952-1954 Mərakeş Müstəqillik Müharibəsi: 1953-1956 Əlcəzair: 1954-1961 : 1978 Livan: 1982-1983 Körfəz müharibəsi, İraqın Əl Salman hava limanının tutulması: 1991 BMT-nin Somalidə sülhməramlı əməliyyatı, Bosniya: 1992-1996 Kosovo: 1999 Mali: 2013 İraq: 2016
Müasir dövr
thumb|240x240px|ABŞ Dəniz Piyadaları Korpusunun polkovniki Skott F. Benedikt və Fransız Əcnəbi Legionunun əsgərləri 2013-cü ildə təşkil edilmiş müştərək təlim zamanı.
thumb|240x240px|Əfqanıstandakı Fransız Əcnəbi Legionunun əsgəri, 2009
Legionun əsas döyüş missiyaları ekstremal vəziyyətlərdə Fransa və müttəfiq dövlətlərinin vətəndaşlarını müdafiə etmək, habelə BMT-nin sülhməramlı missiyalarını yerinə yetirməkdən ibarətdir. Legionerlər də digər peşəkar hərbçilər kimi dünyanın qaynar nöqtələrində xidmət edirlər — Cibuti, Konqo Demokratik Respublikası, Fransa Qvianasında, İran körfəzində, Somalidə, Yuqoslaviyada, Əfqanıstanda, Kot-d'İvuarda və s. Legion, Fransa dövlətinin NATO və ya Avropa İttifaqı daxilində öz maraqlarını müdafiə etdiyi, Fransanın tarixi öhdəliklərinin olduğu və ya Fransa vətəndaşlarının risk altında olduğu yerlərdə istifadə olunur. 1831-ci il fərmanına əsasən, o, yalnız Fransa dövlətinin başçısına — hazırda Fransa prezidentinə tabedir.
İstinadlar
Kateqoriya:Fransa Silahlı Qüvvələri