Frayburq kafedralı və ya Frayburq münsteri () — Almaniyanın cənub-şərqində yerləşən Frayburq-im-Braysqau şəhərinin əsas kilsəsi. Kilsə binası Tseringen sülaləsinin son hersoqunun əmri ilə təxminən 1200-cü ildə roma üslubunda inşa edilməyə başlanıb. Tikinti 1230-cu ildə Qotika üslubda davam etdirilib. Kafedral qismən 1120-ci ildən şəhərin əsasının qoyulduğu dövrdən mövcud olan orijinal kilsənin təməlləri üzərində inşa edilib.
Orta əsrlərdə kilsə Frayburq Konstans yeparxiyasının tərkibində idi. 1827-ci ildə Frayburq kilsəsi yeni yaradılmış Frayburq Katolik Arxeyeparxiyasının mərkəzinə çevrilib və beləliklə kafedral statusu qazanıb. Tarixi Frayburq kafedralının qülləsi Almaniyada Orta əsrlərdə (1330-cu ildə) tamamlanmış və indiyə qədər tarixi görkəmində gəlib çatan yeganə Qotika üslublu kilsə qülləsidir. İkinci Dünya müharibəsi zamanı 1944-cü il noyabr bombardmanlarında qüllə şiddətli silkələnməyə məruz qalsa da, tab gətirərək dağılmayıb. Bunun səbəbi qüllənin daşıyıcı hissələrini birləşdirən qurğuşun bağlayıcılar hesab olunur. O zaman kilsə işçiləri Monsenyor Maks Faulerin rəhbərliyi altında qüllənin pəncərələri çıxarmışdılar, buna görə də onlar da zərər görməyib.
Frayburq kafedralı 1827-ci ilə qədər, yəni tikildikdən çox sonralar belə yepiskopun iqamətgahına çevrilməyib.
Memarlığı İsveçrəli tarixçi Yakob Burkxardtın fikrincə kilsənin 116 metrlik qülləsi əbədi olaraq yer üzündəki ən gözəl qüllə olaraq qalacaq. Onun bu qeydi tez-tez "bütün xristianlıqda ən gözəl qüllə" kimi səhv sitat kimi istifadə olunur.Der schönste Turm auf Erden, Badische Zeitung, Seite 17, 10. März 2005
Qüllə əsasda demək olar ki, kvadrat formasındadır və onun mərkəzində on iki guşəli ulduz qalereyası yerləşir. Bu qalereyanın üzərində qüllə səkkizguşəli və daralan formadadır, daha yuxarıda isə biz şəklində ucalır.
Qüllədə 16 zəng var, ən qədimi 1258-ci ilə aid olan 3.290 kq ağırlığında "Hosanna" zəngidir. Bu zəng cümə axşamı axşam duasından sonra, cümə günü saat 11:00-də (bu vaxt "Spätzleglocke" adlanır), şənbə axşamları və hər il 27 noyabrda hava hücumunu xatırlamaq məqsədi ilə səslənir.
İnteryeri Kafedralın içərisində iki mühüm ibadətgah var. Bunlar Hans Baldungun yüksək ibadətgahı və Hans Holbeyn Kiçikin ibadətgahı. Daxili portalda On Bakirənin heykəlləri yerləşir. Neft pəncərələri həmkarlar ittifaqları tərəfindən ianə edilib və onların simvolları pəncərələrdə təsvir olunub. Bəzi pəncərələrdəki tünd qırmızı rəng boya nəticəsində deyil, bərk qızıl nanohissəciklərinin hopması nəticəsində əmələ gəlib.
2003-cü ildə Böyük Pərhiz pərdəsi bərpa edilib və dəstəkləyici materialla gücləndirilib. İndi onun çəkisi bir tondan çoxdur və buna görə də Böyük Pərhiz zamanı istifadəsi üçün emalatxanadan ağır texnika ilə daşınmalıdır. Qalereya
İstinadlar
Xarici keçidlər
Cathedral windows
Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar Kateqoriya:Almaniyada qotik memarlıq