Tangara cyanotis — Thraupidae yarımfəsiləsinə aid quş növü. Boliviya, Kolumbiya, Ekvador və Peruda rast gəlinir. Təbii yaşayış mühiti subtropik və ya tropik rütubətli dağ meşələridir. Ümumi məlumat 250px|thumb|left|Tangara cyanotis Tangara cyanotis ilk dəfə 1858-ci ildə Filip Sklater tərəfindən "Calliste cyanotis" adı ilə təsvir edilmişdir. Təsvir "M. Verreaux" tərəfindən müəyyən edilmiş nümunəyə əsaslanır. "Tangara" cins adı Tupi dilində "rəqqas" mənasını verən "tangara" sözündən götürülmüşdür. "Cyanotis" xüsusi epiteti isə qədim yunan dilində "tünd mavi" mənasını verən "kuanos" və "qulaqlı" mənasını verən "otis" sözlərindən ibarətdir. Maviqaş tanagra "Beynəlxalq Ornitoloqlar İttifaqı" (IOC) tərəfindən təyin edilmiş rəsmi ümumi adıdır.
Tangara cyanotis "Tangara" cinsindəki 27 növdən biridir. Bu cins daxilində o, qızıltac tanagrası və metal-yaşıl tanagra ilə birlikdə bir növ qrupunda yerləşir. DNT məlumatları göstərir ki, Tangara cyanotis digər iki növlə yaxın qohum deyil, lakin maviqaş tanagrası və metal-yaşıl tanagranın qardaş növlər olduğu ehtimal edilir.
Tangara cyanotisin iki yarımnövləri mövcuddur:
"T. c. lutleyi" (Hellmayr, 1917): Kolumbiyanın cənubundan Ekvador və Perua qədər rast gəlinir. Nominativ yarımnövdən fərqli olaraq qara arxa və qulaq örtüklərinə malikdir. "T. c. cyanotis" (Sclater, PL, 1858): Bu nominativ yarımnöv Boliviya və Perunun cənub-şərqində rast gəlinir.
Status "Beynəlxalq Təbiəti Mühafizə İttifaqı" (IUCN) Scytalopus bolivianusu "Ən Az Narahatlıq Doğuran" kimi qiymətləndirib. Populyasiya ölçüsü məlum deyil və azalma tendensiyası göstərsə də, daha kritik bir qiymətləndirmə üçün meyarlara cavab vermir. Bəzi milli parklar və qoruqlarda rast gəlinir. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1858-ci ildə təsvir edilən quşlar