Sadiq Ərdəşir Laricani və ya Amuli Laricani (; ) — İranlı din xadimi, mühafizəkar siyasətçi və İran İslam İnqilabından sonra İranın məhkəmə sisteminin V rəhbəri.
İlkin illəri və təhsili
O, 1961-ci ildə İraqın Nəcəf şəhərində iranlı ata-ananın övladı kimi dünyaya gəlmişdir. Onun atası Ayətullah Mirzə Haşim Amuli dövrünün görkəmli imamı olmuş və Məhəmməd Rza Pəhləvi tərəfindən sürgün edildikdən sonra Nəcəf şəhərində məskunlaşmışdır. 1979-cu ildəki İran inqilabından sonra ailə İrana köçmüşdür. Laricani hələ uşaq olarkən həm dini, həm də müasir elmlərlə tanış olmuşdur. 1966-cı ildə ibtidai məktəbə başlamış, 1977-ci ildə orta məktəbi başa vurmuşdur. Orta məktəbi başa vurduqdan sonra Qumda mədrəsə təhsilinə başlamışdır. 1989-cu ildə isə təhsilini başa vurmuşdur. Daha sonra isə həm mədrəsədə, həm də universitetdə dərs deməyə başlamışdır. Qum Universitetinin elmi heyətinin üzvlərindən biri olaraq ilahiyyat və müqayisəli fəlsəfə fənlərindən dərs demişdir.
Fəaliyyətləri
Laricani təyinatından az sonra Səid Mürtəzavini İranın baş prokurorunun müavini təyin etmişdir. Mürtəzavi yeddi ildən çox Tehranın baş prokuroru vəzifəsində olmuş və bu müddət ərzində bir sıra iranlı mülki şəxsləri və fəalları öldürməkdə və onlara işgəncə verməkdə ittiham edilmişdir. Mürtəzaviyə aid edilən yüksək profilli ölümlərdən biri də kanadalı iranlı fotojurnalist olan Zəhra Kaziminin ölümüdür.
Sanksiyalar
23 may 2012-ci ildə Laricani Avropa İttifaqının Rəsmi Qəzetində dərc olunan Avropa İttifaqının sanksiya siyahısına salınmışdır. Jurnal bəyan edilmişdi ki, o, İranın məhkəmə sisteminin rəhbəri kimi qisasçılıq cinayətləri, Allaha qarşı cinayətlər və dövlətə qarşı cinayətlərə görə sərt cəzaları təsdiqləmiş və onların icrasına icazə vermişdir. 2018-ci ilin yanvar ayında ABŞ İranın qəti şəkildə rədd etdiyi insan hüquqlarının pozulmasına görə Laricaniyə qarşı sanksiyalar tətbiq etmişdir.
İstinadlar
Kateqoriya:İran hakimləri Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran ayətullahları Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:İran şəxsləri