İdris Axundov — azərbaycanlı həkim-cərrah, tibb elmləri doktoru, professor. Tanınmış Azərbaycan şairi Əhməd Cavadın nəvəsi.
Həyatı və fəaliyyəti İdris Axundov 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Tibb Universitetind' cərrah ixtisası almışdır.
1981–1984-cü illərdə Xaçmaz rayon mərkəzi xəstəxanasında cərrah kimi çalışmışdır. 1994-cü ildə dosent, 2001-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2000-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən cərrahların V Ümumdünya Qurultayında məruzə ilə çıxış etmişdir.
2001-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində yerləşən universitet və texniki muzeydə keçirilən elmi işlərin ümumdünya müsabiqəsinin finalında iştirak etmək üçün müsabiqənin fəxri sədri, ABŞ-ın 38-ci prezidenti Cerald Ford tərəfindən dəvət almışdır.
İdris Axundovun 70-dən çox elmi işi və məqaləsi, həmçinin bir monoqrafiyası və üç metodik vəsaiti mətbuatda dərc edilmişdir.
Əsərləri 70-dən çox elmi məqalə 1 monoqrafiya 3 metodik vəsait
Həmçinin bax Əhməd Cavad İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:1957-ci ildə doğulanlar Kateqoriya:Cərrahlar Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları