Feliks Aronoviç Novikov (; ) — sovet və rus memarı, pedaqoq, memarlıq nəzəriyyəçisi. RSFSR-in memarlıq sahəsində Dövlət Mükafatı laureatı (1967) və SSRİ Dövlət Mükafatı laureatı (1975). SSRİ-nin xalq memarı (1991), memarlıq elmləri doktoru, professor.
Həyatı 1927-ci il avqustun 3-də Bakıda, yəhudi ailəsində anadan olub. Atası Aron Lvoviç Novikov (Fuks, 1898–1986), Baksovetin kommunal təsərrüfat şöbəsi müdirinin müavini və Bakıda iri-bloklu tikinti trestinin müdiri olub, 1935-ci ildə Moskvaya köçdükdən sonra "Qosqrajdanstroy" trestinin 2-ci kontorunun rəis müavini işləyib, 1938-ci ildə repressiyaya məruz qalıb, 5 il İTL cəzasına məhkum edilib. Anası isə dramaturq, nəsr yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü olub, ərinin həbsi sonrası məcburi psixiatrik müalicə üçün həbsxana tipli Kazan xəstəxanasına göndərilib; böyük qardaşı Anton (Oktaviy, 1923–1941) 1941-ci ildə orduya çağırılıb və həmin il vəfat edib.
1930-cu ildə ailə Tiflisə, 1935-ci ildə isə Moskvaya köçüb, burada o, 1944-cü ildə Moskva Memarlıq İnstitutuna daxil olub və 1950-ci ildə təhsili fərqlənmə diplomu ilə bitirib. Lev Meleqi, Leonid Pavlov və İvan Sobolevin tələbəsi olub. İstinadlar
Ədəbiyyat Рябушин А. Феликс Новиков / Новые горизонты архитектурного творчества. 1970—1980-е годы. — М.: Стройиздат, 1990. — 327 с. — ISBN 5-274-00839-9.
Новиков Ф. А. Образы советской архитектуры. — Москва : Кучково поле Музеон, 2021. — 316 с., ил. — ISBN 978-5-907174-57-3. Berkovich, Gary. Reclaiming a History. Jewish Architects in Imperial Russia and the USSR. Volume 4. Modernized Socialist Realism: 1955—1991. Weimar und Rostock: Grunberg Verlag. 2022. С. 53. .
Kateqoriya:SSRİ memarları Kateqoriya:SSRİ xalq memarları Kateqoriya:Rusiya memarları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Rusiya pedaqoqları Kateqoriya:XX əsr memarları