Pyer Vilyams (14 aprel, 1975) — üç nəfəri qətlə yetirmiş britaniyalı qatil. 2007-ci ildə Mançester şəhərində yaşayan Vilyams Falloufild adlı qəsəbəyə yollandı və orada keçmiş sevgilisi Beverli Semuelsin evinə daxil oldu və onu ölənə qədər döyməyə başladı. Daha sonra o, çəkiçdən istifadə edərək Semuelsin uşaqları Keşa və Fred Vizartı qətlə yetirdi.
Məhkəmə zamanı Pyer Vilyams üç qətl cinayətində hər hansısa rolu olduğunu inkar etdi.
Bioqrafiya Valdeyinləri Nigeriyadan olan Pyer Vilyams Mançester şəhərinin Moss Sayd adlı sənayə bölgəsində anadan olmuşdur. Vilyams cavanlıq yaşlarında sevgilisi də daxil qadınlara qarşı zorakılığda ittiham olunmuşdur.
Vilyams həbs olunmazdan əvvəl idman zalında məşqçi kimi işləyirdi.Pierre Williams jailed for 38 years: Hear hammer killer's 999 call - mirror.co.uk
Qətilləri 2007-ci il iyulun 12-də Mançesterin Semuelsin Falloufild bölgəsindəki evində qətllər baş verdi. Samuelsə və onun iki uşağına hücumunun dəqiq nə vaxt başladığı bilinmir, çünki Pyer Vilyams qətli törətdiyini dəfələrlə inkar edirdi, buna baxmayaraq polis hadisənin erkən saatlarda baş verdiyini düşünür. Vilyams öncə Semuelsə hücum edərək cinsi zorakılıq göstərdi, daha sonra isə Keşa Vizzartı döyüb, qollarını bağlayıb və zorlayıb öldürdü. Qətillərin baş verdiyi anların birində Vilyams Fredi anasının çarpayısının yanında öldürənə qədər döydü, daha sonra isə eynisini Semuelsə qarşı etdi.
Məhkəməsi 2008-ci ilin mart ayında keçirilən məhkəmə prosesində Vilyams minimum 38 il müddətinə üç ömürlük həbs cəzası aldı.
İstinadlar
Vilyams Vilyams