Sceloporus merriami — Adətən "kanyon kərtənkələsi" kimi tanınan, Phrynosomatidae fəsiləsinə aid olan bir kərtənkələ növü. Bu növ ABŞ-nin cənub-qərbində və şimali Meksikada yayılmışdır.

Təsvir

"S. merriami" yetkinlərinin burun-dəlik uzunluğu (SVL) 58 mm (2,2 düym) qədər ola bilər. Quyruq daxil olmaqla ümumi uzunluğu 162 mm (6,4 düym) çata bilər. Bel pulcuqları kiçik, yan pulcuqları isə xırda və qranulyardır.Smith HM, Brodie ED Jr (1982). Reptiles of North America, A Guide to Field Identification. New York: Golden Press. 240 pp. . (Sceloporus merriami, pp. 116–117). Kanyon kərtənkələsinin bel hissəsi boz, qəhvəyi və ya qırmızı-qəhvəyi rəngdədir və yaşadığı qayaların rənginə uyğunlaşır. Belində dörd sıra tünd ləkə və ön ayağın qabağında şaquli qara xətt var. Erkəklərin boğazında mavi və qara xətlər var.Conant R (1975). A Field Guide to Reptiles and Amphibians of Eastern and Central North America, Second Edition. Boston: Houghton Mifflin. xviii + 429 pp. + Plates 1–48. (paperback). (Sceloporus merriami, pp. 106–107 + Plate 16 + Map 62).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar