Makuavitl, Makuaxutl, Makuaxuitl və ya Makuauitl (; ) — asteklərin istifadə etdikləri ən tanınmış primitiv silah. Makuavitl "astek qılıncı" da adlanır.

Etimologiya Navatl dilində maitl, "əl" və cuahuitl, "ağac" deməkdir.

Hazırlanma Makuavitl şam, sidr, palıd kimi sərt ağacların oyulmasından hazırlanırdı. Obsidiandan hazırlanmış bıçaqlar, "yarasa nəcisi" () adlanan yapışdırıcı ilə açılmış kanallara bərkilirdi. Yapışdırcı isə kopal və ya şam qətranından əldə olunurdu.

İstifadə İspan konkistadorlarının iddiasına görə makuavitl atın boynunu və ya insanı bir zərbədə iki hissəyə bölə bilirdi. Lakin müasir tədqiqatlar göstərir ki, makuavitl qurbanda dərin yaralar əmələ gətirsə də, bu silahın istifadə məqsədi öldürmək deyil, qurbanı zərərsizləşdirməkdir. Zərərsizləşdirilmiş qurban isə sonra ritualla tanrılara qurban edilirdi.

Qorunma Bu silah asteklərdən başqa digər tayfalar tərəfində də istifadə edilirdi. Bu silahın zərərindən bədəni qorumaq üçün döyüşçülər "çimalli" adlanan qalxan və "içkavipilli" adlanan yorğan "zireh"dən istifadə edirdilər.

İstinadlar

Kateqoriya:Soyuq silahlar Kateqoriya:Asteklər