Fəraim Ceyhun oğlu Mustafayev () — Azərbaycanı təmsil edən yunan-roma güləşçi.
Həyatı Fəraim Mustafayev 9 may 2005-ci ildə Quba rayonunun Birinci Nügədi qəsəbəsində anadan olub. 2015-ci ildə Respublika Olimpiya İdman Liseyində (ROİL) Nazim Əhmədovun rəhbərliyi altında güləşlə məşğul olmağa başlayıb.
Hazırda Azərbaycan İdman Akademiyasında təhsil alır.
Karyerası Fəraim Mustafayevin beynəlxalq səviyyədə debütü 2019-cu ilin iyununa təsadüf edib. Həmin ilin iyununda Polşada baş tutan 15 yaşlılar arasında Avropa Çempionatında çıxış edən Mustafayev təsnifat mərhələsində Macarıstan nümayəndəsi Toto Peteri 1:0F, 1/8 final mərhələsində Bolqarıstan güləşçisi Karnolsi Radoslavı 2:0 (6:0, 2:0), 1/4 final mərhələsində Azərbaycan nümayəndəsi Rəhim Həsənovu 2:0 (1:0, 1:0) hesabı ilə məğlub etdi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rumıniya güləşçisi Constantin Lungu oldu. Bu görüşdə Fəraim Mustafayev rəqibi üzərində 2:0 (2:0, 4:0) hesabı ilə qələbə qazanaraq U15 Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Mustafayev Rusiya nümayəndəsi İmam Maqomadova qalib gəldi və 15 yaşlılar arasında Avropa Çempionatının qalibi oldu.
Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə 2020-ci il ərzində yeniyetmələr arasında Avropa və Dünya Çempionatları baş tutmadı. Pandemiyadan sonra Mustafayevin birinci turniri 2021-ci ilin iyununda Bolqarıstanda baş tutan 17 yaşlılar arasında Avropa Çempionatı oldu. Həmin turnirdə Mustafayev Estoniya nümayəndəsi Oliver Grauena 8:0 və Rusiya güləşçisi Qazbəy Tarxanova 9:0 hesabları ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Fəraim Mustafayev Türkiyə nümayəndəsi Servet Angi üzərində 9:0 hesabı ilə qələbə qazanaraq 17 yaşlılar arasında Avropa Çempionatının qalibi oldu. 2021-ci ilin əsas turniri iyulda Macarıstanın Budapeşt şəhərində baş tutan 17 yaşlılar arasında Dünya Çempionatı idi. Son qitə çempionu Fəraim Mustafayev medala iddialılar sırasında idi. Turnirin 1/8 final mərhələsində o, Xorvatiya nümayəndəsi Filip Muhuliç üzərində 8:0 hesabı ilə qələbə qazansa da, 1/4 final mərhələsində bir ay əvvəl qalib gəldiyi Türkiyə güləşçisi Servet Angiyə məğlub oldu (1:4). Rəqib final görüşünə vəsiqə qazandığına görə Mustafayev təsəlliverici qrupda çıxış etdi. Mustafayev birinci görüşdə Belarus nümayəndəsi Dmitri Darahiya 9:0, növbəti görüşdə isə ABŞ güləşçisi Otto Elliota 4:2 hesabları ilə qalib gəldi və U17 Dünya Çempionatını bürünc medalla başa vurdu.
Mustafayev 2022-ci ildə də U17 Avropa və Dünya Çempionatlarında mübarizə apardı. O, əvvəlcə 12–20 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan U17 Avropa Çempionatında titulunu qorumağı bacardı. 1/8 final mərhələsində norveçli Mario Andrey Mariutu (9:1), 1/4 final mərhələsində gürcüstanlı Saba Surmanidzeni (8:0), 1/2 final mərhələsində isə ukraynalı Maxim Çubenhonu (9:0) məğlub edən Mustafayev turnirin həlledici görüşündə Ermənistan nümayəndəsi Hay Lyudvigyan üzərində də qələbə qazanaraq (13:4) ardıcıl 2-ci dəfə 17 yaşlılar arasında Avropa Çempionatının qalibi oldu. İlin əsas turniri isə 25–31 iyulda İtaliyanın Roma şəhərində baş tutan U17 Dünya Çempionatı oldu. Keçən il analoji turniri bürünc medalla başa vuran Mustafayev bu səfər çempionluğa iddialı idi. 1/8 final mərhələsində Misir nümayəndəsi Hüseyn Məhəmməd Abdu Həsəniyə, 1/4 final mərhələsində Gürcüstan güləşçisi Saba Surmanidzeyə, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Halil Çınara 11:0 hesabları ilə qalib gələn Mustafayev turnirin həlledici görüşüə vəsiqə qazandı. Final görüşündə Fəraim Mustafayev Hindistan nümayəndəsi Suraj Suraja məğlub oldu (0:11) və U17 Dünya Çempionatının gümüş medalçına sahib oldu. Həmin il Fəraim Mustafayev Azərbaycan Çempionatını bürünc medalla başa vurdu, U20 Azərbaycan Çempionatının isə qalibi oldu.
thumb|325x325px|Fəraim Mustafayev U23 Avropa Çempionatında (may 2024) 2023-cü ildən etibarən Fəraim Mustafayev 20 yaşlıların beynəlxalq turnirlərində çıxış etməyə başladı. Əvvəlcə o, 26 iyun-2 iyulda İspaniyanın Santiaqo-de-Kompostela şəhərində baş tutan U20 Avropa Çempionatında qüvvəsini sınadı. Təsnifat mərhələsində bolqarıstanlı Xristian Borislavov İvanova 8:0 hesabı ilə qalib gələn Mustafayev 1/4 final mərhələsində ermənistanlı Yuri Hoveyana gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində məğlub oldu (5:8). Rəqib final görüşünə vəsiqə qazandığına görə Mustafayev təsəlliverici qrupda çıxış etdi. Mustafayev birinci görüşdə Çexiya nümayəndəsi Matous Yanhoviça 3:0, növbəti görüşdə isə Türkiyə güləşçisi Furhan Ergena 13:10 hesabları ilə qalib gəldi və U20 Avropa Çempionatını bürünc medalla başa vurdu. İlin əsas turniri isə 14–20 avqustda İordaniyanın Amman şəhərində baş tutan 20 yaşlılar arasında Dünya Çempionatı oldu. Həmin turnirin təsnifat mərhələsindəcə Mustafayev rəqibinə məğlub oldu və turniri 12-ci pillədə tamamladı. Həmin il Fəraim Mustafayev Azərbaycan Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
2024-cü ilin 20–26 mayında Fəraim Mustafayev 23 yaşlılar arasında Avropa Çempionatında mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə cəlb edildi. Təsnifat mərhələsində Mustafayev Litva nümayəndəsi Adomas Grigaliunas üzərində qələbə qazansa da (9:1), 1/4 final mərhələsində Ukrayna güləşçisi Oleq Xəlilova məğlub oldu (1:9). Rəqib final görüşünə vəsiqə qazana bilmədiyinə görə Fəraim Mustafayev təsəlliverici qrupda çıxış edə bilmədi və U23 Avropa Çempionatını 8-ci pillədə başa vurdu. Daha sonra o, 1–7 iyulda Serbiyanın Belqrad şəhərində baş tutan 20 yaşlılar arasında Avropa Çempionatında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Mustafayev rusiyalı Grair Oganesiyana məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Mustafayev təsəlliverici qrupda çıxış etdi. Əvvəlcə rumıniyalı Iosif Alexandru Ionescu üzərində 11:3, ardınca isə belaruslu Vyaçeslav Jehalau üzərində 10:1 hesabıları ilə qələbə qazanan Fəraim Mustafayev bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Xozrevanidzeyə məğlub oldu və U20 Avropa Çempionatını beşinci pillədə tamamladı.
Fəraim Mustafayev 2024-cü ildə baş verən uğursuz nəticələrin əvəzini 2025-ci ildə çıxmağı bacardı. O, əvvəlcə 30 iyun-6 iyulda İtaliyanın Roma şəhərində baş tutan U20 Avropa Çempionatında uğura imza atdı. Mustafayev 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Pavel Marian Alexeya (1:1), 1/4 final mərhələsində də Bolqarıstan güləşçisi Dimitar Yuliyanov Georgiyeva 11:1 hesabları ilə qalib gəlsə də, yarım-final mərhələsində rusiyalı Mingiyan Qoriayeva məğlub oldu. Bürünc medal uğrunda görüşdə Fəraim Mustafayev Türkiyə nümayəndəsi Abdullah Kesgin üzərində 7:5 hesabı ilə qələbə qazanadı və U20 Avropa Çempionatını bürünc medalla başa vurdu. İlin əsas turniri 17–24 avqustda Bolqarıstanda baş tutan 20 yaşlılar arasında Dünya Çempionatı oldu. Turnirin təsnifat mərhələsində o, Ermənistan nümayəndəsi Nare Grigoryana 3:1, 1/8 final mərhələsində Ukrayna güləşçisi Vladislav Pohotiloya 4:3, 1/4 final mərhələsində də Türkiyə nümayəndəsi Abdulla Kesginə 7:2 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda Mustafayev rusiyalı Erzu Zagriyevə gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində 7:14 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə isə Fəraim Mustafayev Yaponiya nümayəndəsi Tahahu Suzuhi üzərində 5:4 hesabı ilə qələbə qazanaraq U20 Dünya Çempionatının bürünc medalına sahib oldu.
Nəticələri SıraİlYarışEv sahibiKg.Nəticə12019U15 Avropa Çempionatı Polşa38.0 Kg.1.22021U17 Avropa Çempionatı Bolqarıstan48.0 Kg.1.3U17 Dünya Çempionatı Macarıstan48.0 Kg.3.42022U17 Avropa Çempionatı Rumıniya55.0 Kg.1.5U17 Dünya Çempionatı İtaliya55.0 Kg.2.62023U20 Avropa Çempionatı İspaniya63.0 Kg.3.7U20 Dünya Çempionatı İordaniya63.0 Kg.12.82024U23 Avropa Çempionatı Azərbaycan67.0 Kg.8.9U20 Avropa Çempionatı Serbiya67.0 Kg.5.102025U20 Avropa Çempionatı İtaliya67.0 Kg.3.11U20 Dünya Çempionatı Bolqarıstan67.0 Kg.3.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri