Şimr ibn Zil-Cövşən Şürəhbil ibn əl-Əvər ibn Ömər ibn Muaviyə əl-Kəlai və ya Şəmir ibn Zil-Cövşən (; , 680) — ərəb sərkərdəsi.

Bioqrafiyası Həvazin qəbiləsinin hörmətli şəxslərindən biri idi. Sonradan Kufədə məskunlaşdı. Əli tərəfdarı olan Şimr, Siffində iştirak etmiş və başından yaralanmışdı. Kərbəlada Əməvi ordusunun sol cinahına başçılıq etmişdi. O, Hüseynin başını Yezidə apardı. Sonra Kufəyə qayıtdı. Hüseynin intiqamı almaq üçün qiyam qaldırmış Muxtar tərəfindən təqib ediliyi üçün Kufədən qaçdı. Bir müddət sonra Əbdürrəhman ibn Əbil-Kənud tərəfindən yaxalanıb öldürüldü (hicri 66/680). Cəsədi itlərə atıldı.

Həmçinin bax Ömər ibn Səd Übeydulla ibn Ziyad

İstinadlar

Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İslam tarixi Kateqoriya:İraq müsəlmanları Kateqoriya:Kərbəla döyüşü