Yohan Kroyf stadionu — İspaniyanın Kataloniya bölgəsində, Barselona əyalətinin San-Joan Despi şəhərində yerləşən və Barselona klubuna məxsus futbol stadionu. Stadion, klubun təlim bazası və gənclər akademiyası olan Ciutat Esportiva Joan Gamper kompleksində, "Kamp Nou"dan təxminən 7 km məsafədədir. Stadion "Barselona Femeni", "Barselona B" və "Juvenil A" (U19 A komandası) üçün ev meydançasıdır. O, 2016-cı ilin martında vəfat edən əfsanəvi holland futbolçusu Yohan Kruyffun şərəfinə adlandırılıb.

UEFA-nın 3-cü kateqoriyalı stadionudur və 6.000 azarkeş tutur. Espai Barça layihəsinin bir hissəsi olaraq, o, "Kamp Nou"nun qarşısında yerləşən və 2020-ci ildə sökülən Mini Estadinin əvəzedicisidir. Mini Estadinin yerləşdiyi ərazidə Nou Palau Blaugrana inşa ediləcək.

Tarixi "Estadi Johan Cruyff"un tikintisinə 14 sentyabr 2017-ci ildə başlanılmış və 2019-cu ilin yayında tamamlanmışdır. Stadion 27 avqust 2019-cu ildə "Barselona" və "Ayaks"ın U-19 komandaları arasında keçirilən yoldaşlıq oyunu ilə açılmışdır. Oyun 0–2 hesabı ilə "Ayaks"ın qələbəsi ilə başa çatmışdır. 26 avqust 2019-cu ildə, stadion ictimaiyyətə rəsmi açılışdan bir gün əvvəl, "Barselona" "Kamp Nou"da Kroyfun heykəlinin açılışını etmişdir. Stadion hazırda "Barselona"nın öz stadionu "Kamp Nou"nun yenidənqurma işləri zamanı (2025–26 mövsümündən başlayaraq) müvəqqəti ev meydançası kimi istifadə olunur.

İstinadlar

Kateqoriya:İspaniya stadionları Kateqoriya:Barselonanın idman qurğuları