Sin Çjiley () — Çin aktrisası. "Ruyinin imperator sarayındakı eşqi" (2018), "Yaşam sevinci" (2019), "Şanxay qönçələri" (2023) televiziya əsərlərində çəkilmişdir. "Əks axın" (2016), "Qılınc qardaşlığı 2: Məhşər meydanı" (2017), "Günəş hamımız üçün doğur" (2025) filmlərində rol almışdır. 82-ci Venesiya Film Festivalında sonuncu filmdəki roluna görə "Volpi Kuboku" mükafatına layiq görülmüşdür.
Erkən illəri Sin Heyluntszyan əyalətinin Heqan şəhərində anadan olmuşdur. Valideynləri xəstə olmuşlar. Anası ona Sin Ruy (辛蕊) adını vermişdir. Lakin əhali reyestrində qeydiyyata alınarkən anası Ruy heroqlifini yazmağı unutduğundan adı Sin Ley kimi yazılmışdır. Altı yaşından etibarən evdə təsərrüfat işləri görmüş, qardaş və bacısının qayğısına qalmışdır. Harbin Huade Universitetində moda dizaynı fakültəsində təhsil aldığı dövrdə atası iflic xəstəliyinə tutulmuşdur. Ailəni maddi cəhətdən təmin etmək məqsədilə yarımştat işləmişdir. Atası beş il iflic vəziyyətində yaşadıqdan sonra vəfat etmişdir.
Fəaliyyəti
Şəxsi həyatı 2018–2024-cü illərdə Sin Çjay Tyanlin ilə şəxsi münasibətdə olmuşdur.
2023-cü ildə Sin "Weibo" sosial şəbəkəsində uşaq yaşlarında cinsi istismara məruz qaldığını bildirmiş və qeyd etmişdir: "Sonrakı iyirmi il ərzində özümü bərpa etməklə məşğul olmuşam və həmin dövrdə beynimin özü bu ağır xatirəni silib atmağa çalışmışdır."
Mübahisələr
Müqavilə ixtilafı İyun 2015-ci ildə maliyyə çətinlikləri və karyera durğunluğu səbəbindən Sin səkkiz il əməkdaşlıq etdiyi ilk agenti Lyan Tinlə müqaviləni ləğv etmək məsələsini qaldırmışdır. Səbəb kimi agent tərəfindən lazımi fəaliyyətin göstərilməməsi göstərilmişdir. Bu hal tərəflər arasında ictimai müqavilə mübahisəsinə gətirib çıxarmışdır. Həmin ilin sentyabrında Sin məhkəməyə müraciət etmiş, lakin məhkəmə prosesi nəticəsində uduzmuş və müqavilə şərtlərinin pozulmasına görə kompensasiya ödəməyə məcbur qalmışdır. 2025-ci ilin sentyabr ayında LXXXII Venesiya Beynəlxalq Kinofestivalında "Volpi Kuboku" mükafatını qazandıqdan sonra Sin Lyan ilə təmas yaratmış və tərəflər "Weibo" platforması vasitəsilə barışıq aktı imzalamışlar.
Filmoqrafiya
Filmlər İlAzərbaycanca adı Çincə adı Rol (orijinal ad) Qeydlər 2012 Unudulmaz məhəbbət诡爱Xiao XiaoyaSeqment: Sevgi axını 2013 Ölüm çağırışı 2笔仙IINana 2015 Qeyri-real 不可思异Tian Jing 2016 Əks axın长江图An Lu Həyat eliksiri 少年 CellistKameo 2017 Qılınc qardaşlığı 2: Məhşər meydanı 绣春刀II修罗战场Dai Baiying2020 Əlbəttə ki, razıyam! 我的机器人女友 Chu Yi Qurtarış紧急救援 Fang Yuling2021 Yoldan çıxaran qəlblər 有一点动心 Kameo Antikvar əşyalarda fırıldaqlar 古董局中局 Huang Yanyan 2025 Günəş hamımız üçün doğur 日掛中天 MeiyunTBA Kəmağıllar yığnaq edib 笨蛋都到齐了 Mükəmməl mavi 她杀Fang Yan
Teleseriallar İl Azərbaycanca adı Çincə adı Rol (orijinal ad) İstinadlar 2011 Boyanmış dəri 画皮Susu 2012 Sənə eşq bağlamaq 偏偏爱上你Li Jiaxuan 2013 Qadın bandası 女人帮 Gao Xinxin 2014 Miss Donq 懂小姐 Miss Donqun rəfiqəsi2015 Van Dahuanın mübarizə yolu 王大花的革命生涯Jia Jiafeng Hua Syuy İn: Nakam sevda şəhəri 华胥引之绝爱之城Nangong Qing Ay işığının parıltısına sarıl 拥抱星星的月亮Xia Mingyue 2018 Könlümün sultanı 恋爱先生Gu Yao Səadət şokoladı 幸福巧克力 Zhong Ququ Göylər boyunca mübarizə斗破苍穹 Medusa Ruyinin imperator sarayındakı eşqi 如懿传 Jin Yuyan2019 Məqbərədəki şam: Zamanın hiddəti 鬼吹灯之怒晴湘西Miss Hong Dənizi aşıb sənə doğru gəlirəm 带着爸爸去留学 Lin Feng Yaşam sevinci庆余年 Haitang Duoduo 2020 Canavar狼殿下Yao Ji 2021 Gələcəyə yiyələn输赢 Lu Jia 2022 Mən super ulduzam超时空大玩家 Rao Ai Min/ Wang Si Si2023Şanxay qönçələri繁花Li Li / Chen Zhen
Sinqllar İl İngiliscə adı Çincə adı Albom Qeydlər 2019 "Crazy Waves" 狂浪 The Rescue OST
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Çin aktrisaları Kateqoriya:XXI əsr aktrisaları