Diaqramma, diaqram və ya sxem — hər hansı bir hadisəni informasiya şəklində daha yaxşı müşahidə etməyə kömək edən qrafika
Növləri Diaqram Diaqram informasiyanı daha yaxşı görməyə kömək edir. Özü-özlüyündə 3 kateqoriyaya bölünür:
Xətti Diaqram Məlumatların dəyişməsini zaman üzrə göstərən diaqram növüdür. Bu növdə "Y" xətti üzrə dəyər, "X" xətti üzrə isə zaman qeyd olunur.
Sütunlu Diaqram Məlumatların ketoqoriyalar üzrə qeyd edilərək müqayisəni asanlaşdırmaq üçündür. Bu növdə "Y" xətti üzrə dəyər, "X" xətti üzrə kateqoriyalar yer alır.
Dairəvi Diaqram Bütöv məlumatın faizlərlə nisbəti qeyd edilir. Bu növdə dairə yer alır və kəsiklərə bölünərək faizləri göstərir.
Histoqram Təxmini və interval üzrə toplanmış məlumatların təsviri üçün istifadə edilir. Sütunlu diaqramla bənzərlik təşkil edir. Lakin fərqi, burada "Y" oxu üzərində verilən dəyərin təxmini olmasıdır.
Piktoqram Məlumatları təsvirlər, şəkillər vasitəsilə təqdim edən diaqram növüdür. Bu diaqram növü ən sadə və anlaşılan növlərdən biridir
Blok-sxem
Hər hansı bir problemi həll edərkən və ya bir işi yerinə yetirərkən izləniləcək addımların və alqoritmin həndəsi fiqurlarla simvollaşdırılması nəticəsində yaranan diaqramlara blok-sxem və ya axın sxemi deyilir.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Michael Anderson, Peter Cheng, Volker Haarslev (Eds.) (2000). Theory and Application of Diagrams: First International Conference, Diagrams 2000. Edinburgh, Scotland, UK, September 1–3, 2000. Proceedings. Garcia, M. (ed.), (2012) The Diagrams of Architecture. Wiley. Chichester.
Xarici keçidlər
What is Gigamapping (website provided by the Oslo School of Architecture and Design)
Kateqoriya:İnfoqrafiklər Kateqoriya:Modelləşdirmə dilləri Kateqoriya:Diaqrammalar Kateqoriya:Texnologiya