Anaxyrus fowleri — Quyruqsuzlar heyvan dəstəsinin Quru qurbağaları fəsiləsinə aid qurbağa növü. Ümumi məlumat Anaxyrus fowleri Şimali Amerikaya endemikdir və ABŞ-nin şərq hissəsində və Kanadanın bəzi yerlərində yayılmışdır. Əvvəllər "Voodhouse" quru qurbağasının yarımnövü hesab edilirdi.

Növün elmi adı olan fowleri, Massaçusetsdən olan təbiətşünas Samuel Peyc Fowlerin şərəfinə verilmişdir. O, "Essex County Natural History Society"nin qurucularından biri idi, bu təşkilat sonradan "Essex" İnstitutuna çevrildi.Fowler's Toad. Natural Resources Canada.

Anaxyrus fowleri adətən qəhvəyi, boz, zeytun-yaşıl və paslı qırmızı rəngdə olur və tünd ləkələrlə örtülüdür. Əgər qurbağanın belində açıq rəngli bir zolaq varsa, bu yetkin fərddir. Qarın hissəsi adətən bir tünd ləkə istisna olmaqla, hamar ağ rəngdədir. Erkək fərdlər ümumilikdə dişilərdən daha tünd rəngdə ola bilər. Yetkin Anaxyrus fowlerinin baş-bədən uzunluğu adətən 5 ilə 9,5 sm arasında dəyişir. Çömçəquyruq oval formasına malikdir, uzun quyruğu və yuxarı və aşağı üzgəcləri var, uzunluğu 1 ilə 1,4 sm arasındadır.

Onların təbii coğrafi yayılması Şimali Amerikanın şərq hissəsidir. Yayılma sahəsi ABŞ-nin cənub-şərq və şərq hissələrinin böyük bir hissəsini və Kanadanın cənub-şərq hissələrini əhatə edir. Onlar müvəqqəti və ya daimi bataqlıqların yaxınlığında, həmçinin meşəlik ərazilərdə yaşayırlar.

Ekologiyası Anaxyrus fowleri ilin isti fəsillərində, xüsusən may və iyun aylarında çoxalır. Açıq, dayaz sular, məsələn, gölməçələr, göl sahilləri və bataqlıqlarda çoxalır. Erkək fərdlər dişiləri cəlb edən, həmçinin digər erkəkləri də cəlb edən bir səs çıxarır. Səs çıxaran erkək digər erkəklərdən biri ilə cütləşməyə cəhd edə bilər, bu zaman digər erkək bir "azadlıq çağırışı" çıxararaq onu səhvinə dair məlumatlandırır. Məlumatlar göstərir ki, Anaxyrus fowlerin erkəklərinin cütləşmə çağırışları çağırış edən fərdin bədən ölçüsündən və temperaturundan təsirlənir. Dişilər tez-tez bu çağırışlardakı dəyişiklikləri fərqləndirə bilir və ən böyük erkəkləri seçirlər. Erkəklər termoregulyasiya vasitəsilə çağırışlarını daha cəlbedici etmək üçün dəyişdirə bilirlər. Erkək bir dişi tapdıqda, cüt amplexus başlayır və 7,000 ilə 10,000 arasında yumurta mayalanır. Yumurtalar 2 ilə 7 gün ərzində açılır.

Anaxyrus fowlerin yırtıcıları arasında ilanlar, quşlar və kiçik məməlilər var. O, müdafiə rənglərindən istifadə edərək ətraf mühitə uyğunlaşır. Həmçinin, belindəki ləkələrdən zəhərli bir maddə ifraz edir. Bu ifrazat, zəhərli bufadienolidlər ehtiva edir və yırtıcılar üçün xoşagəlməzdir, kiçik məməlilər üçün ölümcül ola bilər. Quru qurbağası həmçinin ölü kimi davranmaqla məşhurdur.

İstinadlar

Ədəbiyyat Behler JL, King FW (1979). The Audubon Society Field Guide to North American Reptiles and Amphibians. New York: Alfred A. Knopf. 743 pp. . (Bufo woodhousei fowleri, pp. 398–399 + Plate 248). Hinckley, Mary H. (1882). "On Some Differences in the Mouth Structure of Tadpoles of the Anourous Batrachians of Milton, Mass." Proc. Boston Soc. Nat. Hist. 21: 307-315 + Plate 5. (Bufo fowleri, new species). (in English and French). Powell R, Conant R, Collins JT (2016). Peterson Field Guide to Reptiles and Amphibians of Eastern and Central North America, Fourth Edition. Boston and New York: Houghton Mifflin Harcourt. xiv + 494 pp. . (Anaxyrus fowleri, pp. 120–121 + Plate 8 + Figure 54 on p. 117). Zim HS, Smith HM (1956). Reptiles and Amphibians: A Guide to Familiar American Species: A Golden Nature Guide. Revised edition. New York: Simon and Schuster. 160 pp. (Bufo woodhousei fowleri, pp. 122–123, 157). Virginia Herpetological Society. Fowler's Toad

Xarici keçidlər

Fowler's Toad. :en:Royal Ontario Museum.

Kateqoriya:Əlifba sırasına görə heyvanlar