Əbu Əli Məhəmməd ibn Əbdülvəhhab ibn Səllam əl-Cübbəi (; ) — Bəsrə mötəziləsinin liderlərindən biri. Kəlam, təfsir və fiqh alimi. O, Əbül-Hüzeyl əl-Əllafdan sonra mötəzilənin ən tanınmış alimi hesab olunur.

Bioqrafiyası Hicri 235-ci ildə Xuzistanın Cübbə qəsəbəsində dünyaya gəlmişdir. Buna görə də nisbəsi "Cübbəi"dir.

Əbu Yaqub Yusif ibn Abdullah əş-Şəhhamdan kəlam təhsili aldı. Müəllimi vəfat etdikdən sonra onun yerinə keçib Bəsrə mötəziləsinin lideri oldu və tələbələr yetişdirdi. Əbu Haşim əl-Cübbəi (oğlu), Əbül-Həsən əl-Əşari, Əbdülvahid ibn Məhəmməd əl-Hüseyni, Məhəmməd ibn Zeyd əl-Vasiti, Məhəmməd ibn Ömər əs-Sayməri, Əbül-Fəzl əl-Hucəndi və Musa ibn Rəbah ona tələbəlik etmiş bəzi şəxslərdir.

Oğlu və əl-Əşari ilə bir çox elmi debat etdi. "İxvəi-sələsə" () olaraq adlandırılan bir kəlam mövzusundan sonra əl-Əşari onu tərk etdi. Xristianlarla etdiyi debatlarla məşhurlaşdı.

Tanınmış kəlam alimi olan Cübbəi, fiqh, üsuli-fiqh, hədis və təfsir elmləri ilə də maraqlanmış və bu sahələrdə əsər qələmə almışdır.

Zəhəbi onun Bəsrədə öldüyünü yazmışdır.

Əsərləri Onun müəllifi olduğu əsərlərdən bəziləri bunlardır:

Təfsirül-Quran, Mütəşabihül-Quran, Mən yükəffər və mən lə yükəffər, Nəqzül-mərifə, Nəqzül-imamə, Əl-Üsul, Kitab fir-rəd alə Əbil-Hüzeyl fil-məxluq, Nəqzu Kitabi-Əbbad. Əbbad ibn Süleyman əs-Saymərinin Əbu Bəkrin üstünlüyünü sübut etməyə çalışdığı əsərinə yazılmış rəddiyədir, Kitabül-Lətif.

İstinadlar

Kateqoriya:Müsəlman teoloqlar